Kamran İmanov: Ermənilərin həvəslə istinad etdikləri saxta əlyazmaların orijinalları tapılmır
Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.
"Ermənilərin böyük həvəslə istinad etdikləri saxta mətnlərin, əlyazmaların orijinalları adətən tapılmır, yaxud dəfələrlə sonrakı illərdəki köçürmələr şəklində əksini tapır".
"Report" xəbər verir ki, bunu Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov aprelin 22-də Əqli Mülkiyyət Agentliyi və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə "Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarının ifşa edir və ya Azərbaycan əraziləri haqqında etno-hay hiylə və fitnələri" mövzusunda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, bunların kökündə erməni saxtakarlığı dayanır:
"Mifologiyaya əsaslanan "böyük torpaqlar" stereotipi qonşularına qarşı ərazi iddiaları, müxtəlif növ mifologemlərdən irəli gələn "böyük erməni mədəniyyəti", "sivilizasiyanın ilk erməni ocağı" mədəni oğurluqları erməniçilik təfəkküründə "təbiilik"və "legitimlik" qazandırır. Mif stereotipləri müasir erməni identikliyini formalaşdırır, yaradılmış mifologemlər erməni siyasətçilərinin, xadimlərinin, alimlərinin, hətta kütlənin mövcud olan əxlaqına təsir göstərir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 22 Aprel 2025 11:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















