Kanadalı jurnalist Türkiyəyə buraxılmadı Azərbaycana dair iftiralarına görə AzPolitika onlayn siyasiictimai qəzet
Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Kanadalı ermənipərəst jurnalist Neil Hauerin Türkiyəyə girişinə qadağa qoyulub.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə daha öncə Ermənistana səfər edən Hauer özünün sosial şəbəkə səhifəsində yazıb: “Turizm məqsədilə İrəvandan İstanbul hava limanına uçdum. Pasport yoxlamasında məni kənara çəkdilər və dedilər: “Sən qara siyahıdasan”. Məni 16 saat saxlayıb geri deportasiya etdilər”.
Qatı ermənipərəst olan kaandalı jurnalist ona qarşı bu münasibəti Azərbaycana dair etdiyi paylaşımlarla əlaqələndirib. Belə ki, COP29 öncəsində Hauer guya ölkəmizin Qarabağda “etnik təmizləmələr” apardığına dair iftiralar yazıb. Bunun da müqabilində təbii olaraq, qardaş Türkiyədə “qara siyahı”ya salınmaqla, layiq olduğu münasibəti görüb…
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 26 Noyabr 2024 12:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















