Icma.az
close
up
RU
Kapital Bank ın “PO Growth” inkişaf proqramı gələcəyin məhsul sahiblərini yetişdirir

Kapital Bank ın “PO Growth” inkişaf proqramı gələcəyin məhsul sahiblərini yetişdirir

Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Kapital Bank-ın məhsul yönümlü düşüncə tərzini gücləndirmək və gənc istedadları bu sahəyə cəlb etmək məqsədilə həyata keçirdiyi “PO Growth” inkişaf proqramı uğurla başa çatıb. Proqram iştirakçıları məhsulun ideyanın yaranmasından — ilkin tədqiqat və ehtiyacların müəyyənləşdirilməsi mərhələsindən başlayaraq istifadəyə verilməsi və sonrakı post-analiz mərhələsinə qədər olan bütün inkişaf dövrünü əhatəli şəkildə öyrənmək imkanı əldə ediblər.

Proqrama 493 nəfər müraciət edib və onlardan yalnız 33 nəfər seçim mərhələlərini uğurla keçərək layihədə iştirak hüququ qazanıb. Dörd ay davam edən proqramda iştirakçılar 5 modul üzrə intensiv təlimlərə cəlb olunublar. Təlimlər yalnız nəzəri deyil, həm də praktiki nümunələr, testlər və interaktiv vörkşoplar vasitəsilə iştirakçıların biliklərinin möhkəmləndirilməsi də təmin olunub.

Proqramın fərqləndirici cəhətlərindən biri də ondan ibarət olub ki, iştirakçılar yalnız biznes sahəsində deyil, texniki aspektlər üzrə də məlumatlandırılıblar. Onlara məhsulun inkişafında sistemli yanaşma və müştəri ehtiyaclarının düzgün təhlili ilə bağlı praktiki biliklər qazandırılıb. Eyni zamanda liderlik, komanda işi və effektiv ünsiyyət kimi yumşaq bacarıqlar da proqram çərçivəsində inkişaf etdirilib.

Təlimlər Kapital Bank-ın müxtəlif sahələrindən olan təcrübəli rəhbər heyət üzvləri, məhsul sahibləri və çevik idarəetmə üzrə ixtisaslaşmış peşəkarlar tərəfindən keçirilib. Bu isə iştirakçılara real təcrübədən öyrənmək və bütün suallarına əhatəli cavab almaq fürsəti yaradıb.

Qeyd edək ki, Kapital Bank ölkəmizdə çevik idarəetmə metodologiyasını (“Agile”) tətbiq edən ilk maliyyə qurumlarından biridir. 2018-ci ildən etibarən bu yanaşmanı daxili proseslərinə inteqrasiya edən bank, bu gün məhsul komandalarının fəaliyyətini daha operativ və müştəriyönümlü şəkildə təşkil edir. Çevik idarəetmə komandalararası əməkdaşlığı gücləndirir, qərarların sürətli qəbuluna və innovativ həllərin daha tez tətbiqinə imkan yaradır.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 121 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün – https://kbl.az/prcrc.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://apa.az
archiveBu xəbər 01 İyul 2025 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see228

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see223

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see168

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see161

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see161

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see151

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see142

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see137

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri