Icma.az
close
up
RU
Doğru yolda yeni karyera imkanları: Birbank ın “PO Growth” proqramına start verildi

Doğru yolda yeni karyera imkanları: Birbank ın “PO Growth” proqramına start verildi

Icma.az bildirir, Metbuat saytına əsaslanaraq.

Birbank-ın gənc mütəxəssislərin peşəkar inkişafını dəstəkləmək məqsədilə həyata keçirdiyi “PO Growth” proqramına start verildi. Proqram məhsul sahibliyi sahəsində karyera qurmaq istəyənlərə nəzəri biliklərlə yanaşı praktiki təcrübə qazanmaq imkanı da yaradacaq.

Metbuat.az xəbər verir ki, “PO Growth” proqramına ümumilikdə 493 namizəd müraciət edib və yalnız 33 nəfər bütün seçim mərhələlərini uğurla keçərək iştirakçı olmaq şansı qazanıb. Proqramın əsas özəlliklərindən biri təlimin 5 moduldan ibarət olması və hər modulu fərqli ekspertlərin aparmasıdır. Bu ekspertlər arasında ofis liderləri, məhsul sahibləri, ekspert mərkəzi liderləri və “Agile” metodologiya üzrə yerli mütəxəssislər yer alıb. Ümumilikdə 28 təlimçi iştirakçıların bilik və bacarıqlarının inkişafına töhfə verəcək.

Təlimlər məhsulun ideya mərhələsindən başlayaraq, onun müştəriyə çatdırılması və sonrakı analiz mərhələsinə qədər bütün prosesi əhatə edəcək. Bu zaman həm texniki biliklərə, həm də yumşaq bacarıqların formalaşdırılmasına xüsusi diqqət ayrılacaq. Proqram “Agile” metodologiya prinsipləri əsasında təşkil olunub ki, bu da iştirakçılara real iş mühitinə daha sürətli adaptasiya olmaq vərdişləri qazandıracaq.

Qeyd edək ki, Birbank ölkənin ilk banklarından biridir ki, 2018-2020-ci illərdən etibarən “Agile” metodologiyanı öz iş proseslərinə tətbiq etməyə başlayıb. Bu yanaşma sayəsində bankın məhsul inkişafı prosesi daha səmərəli və müştəriyönümlü şəkildə qurulub. Məhz bu təcrübə əsasında yaradılan “PO Growth” proqramı gələcək məhsul sahiblərinin çevik düşüncə tərzində yetişdirilməsini hədəfləyir.

Proqramın açılış mərasimində çıxış edən Kapital Bank-ın İdarə Heyətinin üzvü, İnsan kapitalı və Təşkilati inkişaf üzrə Baş inzibatçı Fərqanə Məmmədova proqramın əhəmiyyətini vurğulayaraq bildirib: “Birbank olaraq, biz rəqəmsal məhsul idarəetməsi sahəsində əldə etdiyimiz bilik və təcrübəni yeni nəslə ötürməyi, onların inkişafına dəstək verməyi özümüz üçün böyük məsuliyyət və eyni zamanda qürur hesab edirik. İnanırıq ki, “PO Growth” proqramı gənclər üçün həm peşəkar karyera, həm də şəxsi inkişaf baxımından yeni imkanlar yaradacaq. Bu yolda sizə uğurlar arzu edir və gələcək uğurlarınızı səbirsizliklə gözləyirik”.

Birbank-ın həyata keçirdiyi “PO Growth” proqramı, həm bank sektorunda karyera qurmaq istəyənlər, həm də məhsul idarəçiliyi sahəsində peşəkar biliklərini artırmaq arzusunda olanlar üçün dəyərli platforma olacaq. Proqram 4 ay davam edəcək və iştirakçılar bu müddət ərzində intensiv təlimlər və real iş mühiti ilə tanış olacaqlar. Bu, Birbank-ın ölkədə insan kapitalının inkişafı və çevik idarəetmə mədəniyyətinin yayılması istiqamətindəki səylərinin növbəti uğurlu addımıdır.

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Birbank 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 119 filialı və 54 şöbəsindən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və Paşa Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://birbank.az/ saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 10 Mart 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see247

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see229

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see202

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see199

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see159

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see145

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri