Icma.az
close
up
RU
“Kapital Bank” rekord göstərici ilə 4 qızıl “Felis” mükafatı qazandı Doğru Xəbərlər

“Kapital Bank” rekord göstərici ilə 4 qızıl “Felis” mükafatı qazandı Doğru Xəbərlər

Icma.az bildirir, Dogru.az saytına əsaslanaraq.

Ölkənin birinci bankı “Kapital Bank” Türkiyənin nüfuzlu “Felis” mükafatına layiq görülüb. “Felis” hər il Türkiyə və Azərbaycan reklam bazarında yaradıcı yanaşma ilə seçilən və fərq yaradan layihələrə təqdim edilir. Bu il kreativliyi və uğuru ilə fərqlənənlər sırasında “Kapital Bank” komandasının həyata keçirdiyi 4 layihə də var.

“Digital & Mobile” (“Rəqəmsal və Mobil”) bölməsində “SMM və Digital Campaign” (“Sosial media marketinq və rəqəmsal kampaniya”) kateqoriyasında qızıl “Felis”i Qırmızı Ürəklər Fondunun həyata keçirdiyi “Türkiyə üçün bir ürək olaq” layihəsi qazanıb. Xatırladaq ki, Fond 2023-cü ilin fevral ayında Türkiyənin müxtəlif bölgələrində insan tələfatı ilə nəticələnən zəlzələ zamanı ianə aksiyası başlatmış və qısa zamanda 750 min manat toplayaraq qardaş ölkəyə göndərmişdi.

“Kapital Bank”ın 28 May – Müstəqillik Günü münasibətilə “TikTok” sosial şəbəkəsi üçün hazırladığı “Cümhuriyyətin izi” adlı filter cari ilin seçilən ideyalarından biri oldu. Ümumilikdə 50 min istifadəçinin video çəkərək paylaşdığı və həmin videoların 30 milyondan çox baxış yığdığı layihə rekord göstərici ilə “User participation” (“İstifadəçi aktivliyi”) və “Use of Technology” (“Texnologiyadan istifadə”) kateqoriyalarında 2 “Felis” qazandı.

Bankın “Ağıllı nağıllar” reklam agentliyi ilə birgə hazırladığı “Birbank x Paster” videoçarxı qısa müddətdə izləyicilər tərəfindən çox sevildi və yerli bazarda fərq yarada bildi. Nəticədə layihə “Design & Branding” (“Dizayn və Brendinq”) bölməsində “Moving Image Design” (“Hərəkətli foto dizayn”) kateqoriyasında qalib oldu.

Bu mükafatlar “Kapital Bank”ın reklam və marketinq sahəsində də innovasiyalar yaradaraq kreativ liderliyini bir daha təsdiqləyir.

Ölkənin birinci bankı olan “Kapital Bank” “PAŞA Holding”ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir.

Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

DOĞRU.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://dogru.az
archiveBu xəbər 18 Noyabr 2024 17:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see619

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see251

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see230

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see227

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see210

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see210

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see208

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see186

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see183

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see178

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see173

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see168

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see167

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see167

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see163

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see152

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see147

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see147

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see145

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri