“Kapital Bank” və ABB vətəndaşların fərdi məlumatlarına icazəsiz baxış keçirməklə qanunu pozurlar
Tribuna portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Vətəndaşlar “MyGov” portalına daxil olduqda “Sorğulanmış məlumatlarım” bölməsini seçərkən bankların onlardan xəbərsiz fərdi məlumatlarına baxdıqlarını görürlər. Bu hal uzun müddətdir, müzakirə olunsa da, son vaxtlar daha da artıb. Xüsusilə, “Kapital Bank”, “Azərbaycan Beynəlxalq Bankı”ndan şikayətlər çoxdur. Bəs görəsən, bu banklar gecə-gündüz bilmədən, dövlət sistemində olan şəxsi məlumatları necə və hansı məqsədlə toplayırlar?
Bu barədə Pravda.az-ın suallarını cavablayan hüquqşünas Əkrəm Həsənov deyib ki, vətəndaşın şəxsi məlumatlarına ondan xəbərsiz baxılması kobud qanun pozuntusudur.
Bu, bank sirrini təşkil edən məlumatdır. Kredit bürosundakı məlumata banklar və digər şəxslər yalnız vətəndaşın yazılı razılığı əsasında baxa bilərlər. Buna görə də vətəndaşlar bankı məhkəməyə verə, dəymiş mənəvi zərərin əvəzini tələb edə bilərlər. Eyni zamanda Mərkəzi Banka da müraciət etmək olar ki, sözügedən bankı cərimələsin”, – o bildirib.
Baxış sayı:36
Bu xəbər 28 Avqust 2025 13:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















