Kapitanı bıçaqlayan pilotun fotosu yayıldı
Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Sentybrın 30-da Dubaydan Təl-Əvivə uçan “Flydubay” sərnişin təyyarəsinin kapitanını bıçaqlayan ikinci pilot Həmmam əl-Həmmaminin fotosu yayılıb.
“Cebheinfo.az”-ın məlumatına görə, Oman vətəndaşı olan Həmmam əl-Həmmaminin bu fotosu sonradan silsinmiş “LinkedIn” səhifəsindən götürülüb və onun çəkildiyi tarix silinib.
“CNN”-in yaydığı məlumata görə, 29 yaşlı Həmmam əl-Həmmaminin atası omanlı, anası suriyalıdır.
Digər foto isə Həmmam əl-Həmmaminin bıçaqladığı kapitana məxsusdur.
Həmmam əl-Həmmami adı ilə silinən “LinkedIn” səhifəsində onun 2025-ci ilin fevral ayında bitən yeddi illik müddət ərzində “Oman Air” şirkətində işlədiyi, 2025-ci ilin iyun ayında Mərakeşin “Royal Air Maroc” şirkətində işə başladığı və 2026-cı ilin yanvar ayında ayrıldığı bildirilir.
“CNN” bildirib ki, Həmmam əl-Həmmaminin “X” və İnstaqram hesabları da silinib, sonuncu isə hücumdan sonra iki video paylaşıb.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:127
Bu xəbər 03 Oktyabr 2026 17:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















