Icma.az
close
up
RU
Karate dünyası Zaretskanın qayıdışını gözləyir: bütün diqqətlər Qahirədə

Karate dünyası Zaretskanın qayıdışını gözləyir: bütün diqqətlər Qahirədə

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

Sabah Qahirədə start götürəcək karate üzrə Premyer Liqa mərhələsi, ilk növbədə, İrina Zaretskanın (68 kq) böyük idmana qayıdışı ilə əlamətdar olacaq. Əslində üçqat dünya çempionu heç yerə getməmişdi, sadəcə övladının doğulması ilə əlaqədar fasilə vermişdi. İndi o, öz ustalığını bir daha sübut etmək üçün qayıdır.

İdman.biz xəbər verir ki, onun son yarışı 2023-cü ilin oktyabrında Budapeştdə qalib gəldiyi dünya çempionatı olub.

Həmin uğur ona fenomenal rekorda imza atmağa kömək edib. Belə ki, Azərbaycan millisinin karateçisi ardıcıl üç mundialda məğlubiyyət acısı yaşamayıb. Macarıstanda da o, finalda isveçrəli Yelena Quiriçini məğlub edərək, bacarığını bir daha təsdiqləyib.

Zaretska nəticə baxımından ən sabit karateçilərdən biridir. Təsadüfi deyil ki, yarışlara çıxmadığı müddətdə reytinqdə heç kim onu ​​ötüb keçə bilməyib. O, hələ də bir nömrədir və istənilən turnirdə qələbəyə əsas namizəddir.

İdmana qayıdan karateçi zəngin təcrübəyə malikdir. Məsələn, 2023-cü ildə dünya çempionatındakı qələbədən əvvəl o, altı dəfə fəxri kürsüyə qalxmışdı. Qahirədə Premyer Liqa mərhələsində bürünc medal qazandıqdan sonra Zaretska Qvadalaxarada keçirilən Avropa çempionatında ikinci olub, daha sonra Rabatda növbəti Premyer Liqa turnirində qələbəyə sevinib. Sonra Krakovda keçirilən Avropa Oyunları da onun qələbəsi ilə nəticələnib. Üstəlik, o, hər üç Avropa Oyunlarında medal qazanan ilk idmançı olub ki, onlardan da ikisi qızıldır. Karateçi daha sonra Fukuokada Premyer Liqa mərhələsində bürünc medala sahib çıxıb, daha sonra Dublində qalib gələrək bütün seriyaya qalibiyyətlə nöqtə qoyub.

Bütün karate dünyası onun qayıdışını səbirsizliklə gözləyir və analıq məzuniyyəti zamanı da idmançı karyerasını bitirmək fikrində olmadığını bildirərək pərəstişkarlarını arxayın etmişdi. Daha sonra o, hətta Dünya Karate Federasiyasına (WKF) maraqlı müraciət ünvanlamışdı. O, yarış arenalarında uşaqlar üçün otaqların olub-olmaması ilə maraqlanmışdı: "Ciddi deyirəm, yeni mövsümə hazırlaşmağa başlamışam. Amma Dünya Karate Federasiyasına sualım var. Arenalarda uşaqlar üçün otaq olacaq?"

Turnir hədəflərindən danışsaq, Zaretska bu il avqustun 7-17-də Çenqduda keçiriləcək Dünya Oyunlarında da çıxış edəcək. Mövsümün əsas yarışı isə noyabrın 27-30-da Qahirədə keçiriləcək dünya çempionatı olacaq. Buna görə də Misirin paytaxtına hazırkı səfər həm də mundial ərəfəsində yoxlama-baxış üçün bir fürsətdir.

Zəki Feyzullayev
İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 17 Aprel 2025 16:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see131

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri