“Kart oğurluğu təkcə texniki deyil, psixoloji yolla da həyata keçirilir” Ekspertdən açıqlama
Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Rəqəmsal ödənişlərin sürətlə artdığı dövrdə kart oğurluğu halları da çoxalmaqdadır.
Texno-ekspert İlqar Şabanov Milli.Az-a açıqlamasında bildirib ki, bank kartı məlumatlarının oğurlanması həm fiziki cihazlar, həm də kiber fırıldaqçılıq üsulları ilə mümkün olur.
Onun sözlərinə görə, kart oğurluğu əsasən bu yollarla həyata keçirilir:
Məsələn, fiziki ATM və POS terminallarına gizli "skimming" qurğuları yerləşdirilərək kart məlumatları kopyalana bilər. Bundan əlavə, bank adı ilə göndərilən saxta SMS və e-poçt vasitəsilə istifadəçilər aldadılır, məlumatları fırıldaqçılara ötürülür. Eyni zamanda, telefon və ya kompüterə yüklənən zərərli proqramlar kart məlumatlarını oğurlamaqda geniş istifadə olunur. Sosial mühəndislik üsulları ilə fırıldaqçılar özlərini bank işçisi kimi təqdim edərək birbaşa istifadəçidən məlumat almağa çalışırlar. İnternetdə isə etibarsız saytlar vasitəsilə onlayn alış-veriş zamanı kart məlumatlarının sızdırılması halları çoxalıb.
Ekspert tövsiyə edir ki, kart məlumatlarınızı paylaşmayın, yalnız rəsmi saytlardan istifadə edin, bildirişləri aktiv saxlayın və bankla birbaşa əlaqə saxlamadan heç bir məlumat verməyin.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 09 İyul 2025 12:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















