Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Kartlara mədaxil limiti ilə bağlı yeni detallar ABA açıqladı

Kartlara mədaxil limiti ilə bağlı yeni detallar ABA açıqladı

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, avqustun 1-dən etibarən Azərbaycanda ödəniş alətləri üzrə mədaxil əməliyyatlarına gündəlik və aylıq limitlərin tətbiqinə başlanılıb. Yeni yanaşmaya əsasən, hər bir ödəniş aləti üzrə gündəlik maksimum 5 mədaxil əməliyyatı həyata keçirilə bilər. Aylıq mədaxil limiti isə 20 min manat müəyyən edilib. Qeyd olunur ki, məhdudiyyət vəsaitin kartdan çıxarılmasına və kartdan-karta köçürmələrə şamil edilmir.
Məhdudiyyətin tətbiqi ictimaiyyətdə onun məqsədi, adi vətəndaşların gündəlik ödənişlərinə mümkün təsiri və limitlərin hansı meyarlar əsasında müəyyənləşdirilməsi ilə bağlı suallar yaradıb.
Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı APA-nın  suallarını Azərbaycan Banklar Assosiasiyasının (ABA) İcraçı direktoru Yunus Abdulov cavablandırıb. O, müsahibəsində limitlərin tətbiqinin səbəblərindən, qərarın təşəbbüskarının kim olmasından, dələduzluq və qanunsuz maliyyə əməliyyatları ilə mübarizədə rolundan, həmçinin limitləri aşan müştərilər üçün nəzərdə tutulan mexanizmlərdən danışıb.
– Yunus bəy, kartdan-karta köçürmələrə tətbiq edilən gündəlik 5 əməliyyat limiti hansı zərurətdən irəli gəldi?
– Öncə onu deyim ki, bu yanaşma ödəniş xidməti istifadəçilərinə yəni müştərilərə məxsus olan hər bir ödəniş aləti üzrə gündəlik yalnız mədaxil əməliyyatlarına limitlərin qoyulmasını nəzərdə tutur. Ödəniş aləti dedikdə, o cümlədən ödəniş kartı və elektron pul nəzərdə tutulur. Tətbiq edilən limitlərə əsasən hər bir ödəniş aləti üzrə gündəlik maksimum 5 sayda, aylıq olaraq isə maksimum 20 min manatadək mədaxil əməliyyatları (yəni karta vəsaiti qəbul etmə) həyata keçirilə bilər. Bu say limiti nağd pul vəsaitinin özünəxidmət terminalları və bankomatlardan mədaxil edilməsi üzrə ödəniş əməliyyatlarına da şamil edilir.
 

Bu yanaşma ilə ödəniş alətindən pul vəsaitinin məxaric edilməsinə, yəni, köçürmə əməliyyatlarına (kartdan karta köçümə) heç bir limit tətbiq edilmir. Müştərinin öz kartları arasında, yaxın qohumların kartlarından mədaxil limitlərdən istisna edilə bilər.


Son illər ərzində ölkəmizdə rəqəmsal ödəniş ekosisteminin inkişafı və nağdsız hesablaşmaların genişlənməsi istiqamətində əhəmiyyətli irəliləyiş müşahidə olunur. Aparılan davamlı islahatlar, rəqəmsal bankçılıq xidmətlərinin genişlənməsi və innovativ ödəniş həllərinin tətbiqi nəticəsində nağdsız ödənişlərin həcmi yüksəlir, əhatə dairəsi isə davamlı genişlənir.
Ödəniş infrastrukturunun modernləşdirilməsi və rəqəmsal bankçılıq xidmətlərinin genişlənməsi həmçinin, bu sahə üzrə risklərin daha effektiv idarə edilməsini və qanunvericiliyin tələblərinin təmin olunmasına diqqətin artırılmasını zəruri edir. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan Fintex Assosiasiyası (AzFina) tərəfindən ödəniş xidməti təchizatçılarının, o cümlədən bankların və elektron pul təşkilatlarının xidmətlərindən sui-istifadə risklərinin minimallaşdırılması məqsədilə mədaxil əməliyyatlara bu risk əsaslı yanaşmanın tətbiq olunması ilə bağlı razılaşma əldə edilib.
– Bu qərarın təşəbbüskarı banklar olub, yoxsa tənzimləyici qurumun tələbi əsasında tətbiq edilib?
– Məlum oduğu kimi, ABA nəzdində rəqəmsal ödəniş ekosisteminin inkişafı və paralel olaraq, baş verə biləcək fırıldaqçılıq hallarına qarşı mübarizənin koordinasiya olunmuş formada təşkili məqsədilə 2 fərqli ekspert qrupu fəaliyyət göstərir. Məhz bu ekspert qrupları tərəfindən aparılan təhlillər, habelə AzFina-da bu sahəyə cəlb edilmiş mütəxəssislərin birgə fəaliyyəti nəticəsində bu təşəbbüs irəli sürülmüşdür. Yəni, sadə dildə desək, ABA halında üzv banklar özləri birlikdə bu qərarı veriblər (AzFina halında isə AzFina üzvləri).
Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının “Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qaydası”nda da ödəniş alətləri və bu ödəniş alətləri ilə aparılan ödəniş əməliyyatlarında risklərin idarə edilməsi önə çəkilib.
– Məhdudiyyətin əsas məqsədi dələduzluğun qarşısını almaqdır, yoxsa kölgə iqtisadiyyatı və vergidən yayınma ilə mübarizə?
– Tətbiq edilən limitlər ekosistem üçün yenilik deyil. Belə ki, ödəniş xidməti təchizatçıları tərəfindən bu limitlər fərdi qaydada tətbiq edilirdi. Risklərin daha səmərəli idarə edilməsini təmin edəcək bu limitlər təsərrüfat subyektlərində rəqəmsal ödənişlərin (nağd olmayan) daha sağlam formada aparılmasına, iqtisadiyyatda apaırlan hesablaşmalaırn nağdsız dövriyyəyə cəlb edilməsinə, habelə qanunsuz idman-mərc oyunlarının qarşısının alınmasına imkan verəcək.
– Bu limit bütün banklara eyni qaydada şamil olunur, yoxsa banklar əlavə məhdudiyyətlər tətbiq edə bilər?
– Limitlər bütün ödəniş xidməti təchizatçıları, o cümlədən banklar üzrə vahid formada tətbiq edilir. Hər bir ödəniş xidməti təchizatçısı vahid baza limitlərin tətbiqi ilə yanaşı, risk əsaslı yanaşma əsasında müştəri üzrə fərqli limitlər təyin edə bilər, yaxud limitlərdən istisnalar müəyyən edə bilər. Bununla əlaqədar, sağlam əməliyyat həyata keçirən müştərilər banka müraciət edə və müvafiq sənədləri təqdim edə bilərlər.
– Gündə 5 köçürmə limiti hansı təhlillərə əsasən müəyyən edilib? Niyə məhz 5 əməliyyat?
– Qeyd etdiyim kimi, köçürmələrə hər hansı limit tətbiq edilmir, yalnız mədaxil əməliyyatlarının sayı üzrə (yəni vəsaiti karta qəbul etmə) 5 əməliyyat limiti tətbiq edilir. Ümumilikdə, risklərin idarəedilməsi məqsədilə limitlər tətbiq edilməmişdən əvvəl orta statistik göstəricilər, sağlam müştəri daranışları, ödəniş əməliyyatına say və məbləğ baxımından olan əməliyyatlar təhlil edilir.
– Bu məhdudiyyət adi vətəndaşların gündəlik ödəniş və köçürmə vərdişlərinə necə təsir göstərəcək?
– Tətbiq edilən limitlərə diqqət etsək, bu limitlər sağlam ödəniş əməliyyatı təcrübəsinə malik olan ödəniş xidməti istifadəçiləri üçün hər hansı bir çətinlik formalaşdırmır. Ödəniş xidməti istifadəçiləri rəqəmsal ödənişlərin üstünlüklərindən, o cümlədən təsərrüfat subyektlərində quraşdırılmış POS-terminal infrastrukturundan, o cümlədən mobil POS-terminallar və QR kod əsaslı ödəniş həllərindən, habelə elektron bankçılıq xidmətlərindən ənənəvi qaydada istifadə edərək, öz ödəniş əməliyyatlarını icra edə bilər.
Vahid limitlərin tətbiqi iqtisadi subyektlər arasında aparılan hesablaşmaların nağdsız dövriyyəyə cəlb edilməsinə, sağlam ödəniş təcrübəsinə malik müştəri bazasının formalaşdırılmasına, habelə mövcud sui-istifadə hallarının minimallaşdırılmasına imkan verəcək.
– Bir şəxs müxtəlif bankların kartlarından istifadə edərsə, limit hər kart üzrə hesablanacaq, yoxsa VÖEN/FİN əsasında ümumi tətbiq olunacaq?
– Limitlər bir bank daxilində hər bir ödəniş aləti üzrə tətbiq edilir. Yəni, hər bir bankın müxtəlif ödəniş kartı məhsulları mövcuddur və limitlər eyni bank daxilində hər bir emissiya olunmuş ödəniş aləti üzrə tətbiq edilir. VÖEN ilə bağlı yuxarıda qeyd edim ki, sahibkarlıq hesabına bağlı olan kartlara mədaxil yuxarıdakı limitlərdən istisna edilə bilər.
– Limiti aşan şəxs əlavə köçürmə etmək istəsə, bunun üçün hansı alternativ mexanizmlər mövcuddur? Məsələn, 5-dən sonra hər ödəniş üçün komissiya çıxılması kimi…
– Mədaxil üzrə limiti aşan ödəniş xidməti istifadəçisi xidmət olunduğu ödəniş xidməti təchizatçısına müraciət edəcək. Ödəniş xidməti təchizatçısı isə öz növbəsində risk əsaslı yanaşma tətbiq edərək müraciətin təhlilini və məqbul hesab edildikdə limitlərə yenidən baxılmasını təmin edəcək. Limitlərinin artırılması müştəri tərəfindən təşkilata əməliyyat barədə ağlabatan izahat təqdim ediləcəyi, əməliyyatın müştərinin təşkilatda müştəri barədə olan məlumatlara uyğun olduğu, habelə qeyri-leqal məqsədlərlə istifadə edilməməsinə əminlik olduğu hallarda mümkün ola bilər.
– Məhdudiyyət rəqəmsal ödənişlərin inkişafına və nağdsız hesablaşmaların təşviqinə mənfi təsir göstərə bilərmi?
– Nağdsız hesablaşmalara hər hansı mənfi təsir edəcəyini düşünmürük, əksinə, nağdsız hesablaşmalarda sağlam xarakterli əməliyyatların aparılmasını təşviq edəcək.
– ABA gələcəkdə limitin yumşaldılması və ya diferensial tətbiqi ilə bağlı Mərkəzi Bankla müzakirələr aparır?
– Limitlər bu və ya digər formada, müştərilərin risk profillərinə uyğun hər zaman tətbiq edilib və bu təcrübə digər dövlətlərdə də tətbiq edilir. Hazırkı umumi limitlər baza xarakterlidir və banklar öz risk qiymətləndirmələrə uyğun fərqli müştərilərə fərqli yanaşma tətbiq edirlər.
– Bu məhdudiyyət müvəqqəti tədbirdir, yoxsa uzunmüddətli tətbiq olunması nəzərdə tutulur?
– Ümumən, məqsəd rəqəmsal ödəniş ekosistemində risk əsaslı yanaşmanın tətbiqi, ekosistemin və onda təmsil olunan subyektlərin dayanıqlı və təhlükəsiz fəaliyyətinin təmin edilməsidir. Bu əsasda qabaqcıl beynəlxalq təcrübədə tətbiq edilən və ekosistemin inkişaf tendensiyasına uyğun olaraq limitlərə yenidən baxılması, habelə alternativ tədbirlərin görülməsi istisna edilmir.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://bizim.media
archiveBu xəbər 10 Avqust 2026 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see653

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see328

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see312

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see307

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see300

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see297

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see277

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see276

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see269

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see268

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see254

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see252

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see230

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see220

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see220

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see219

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see213

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see209

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see205

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri