Icma.az
close
up
RU
Kartof niyə bahalaşıb?

Kartof niyə bahalaşıb?

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ölkədə “ikinci çörək” sayılan kartofun qiymətində artım müşahidə olunur. Son bir həftədir ki, bazarlarda kartofun bir kiloqramı alıcılara 1,20-1,50 manata satılır. Ekspertlərin fikrincə, bu artımın arxasında bir sıra iqtisadi və təbii səbəb dayanır. İqlim şəraitinin dəyişməsi kartof istehsalına ciddi təsir göstərir. Quraqlıq, qeyri-sabit yağıntılar və temperaturun normadan yüksək olması məhsuldarlığı azaldır. Kartof isə suya həssas bitki olduğuna görə bu cür dəyişikliklər məhsulun keyfiyyətinə birbaşa təsir göstərir.

Digər mühüm amil istehsal xərclərinin artmasıdır. Fermerlər üçün gübrə, toxum və suvarma xərcləri son illərdə xeyli yüksəlib. Bu xərclər artdıqca, istehsalçılar məhsulu daha baha qiymətə satmağa məcbur olurlar ki, zərər etməsinlər. Bundan əlavə, logistika və daşınma xərcləri də qiymət artımında rol oynayır. Yanacağın bahalaşması məhsulların tarladan bazara çatdırılmasını daha baha edir. Bunun isə yekun qiymətə birbaşa təsiri var.

Bazarda tələb və təklif balansının pozulması da kartofun qiymətini artırır. Əgər müəyyən dövrdə məhsul az olarsa, amma tələbat yüksək qalarsa, qiymətlər avtomatik olaraq yüksəlir. Xüsusilə qış aylarında yerli istehsal azalanda idxaldan asılılıq artır və bu da qiymətləri dəyişkən edir.

Nəhayət, bəzi hallarda bazarda süni qiymət artımı da müşahidə oluna bilər. Vasitəçilərin çoxluğu və ya ehtiyatların saxlanılması qiymətlərin daha da bahalaşmasına səbəb olur. Nəticə olaraq, kartofun bahalaşması tək bir səbəbdən deyil, bir neçə iqtisadi, təbii və bazar amillərinin birgə təsirindən yaranır.

Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov hesab edir ki, istehsal olunan məhsul tələbatı ödəmədiyi üçün qıtlıq yaranır və bu da qiymət artımına səbəb olur: “Yerli istehsal əhalinin tələbatını ödəmir. Biz də həmin məhsulu xaricdən idxal edirik. Həmin ölkələrdə məhsulun topdan satışına təsir edən amillər sırasında qiymət artımı, logistika qiymətlərinin artmasını göstərə bilərik. Bu, məhsulun ölkəmizdə qiymət artımına səbəb olan faktlar arasındadır”.

Ekspertin söylədiyinə görə, 2005-ci ildən bu yana Azərbaycanda kartof istehsalı azalıb: “Ən çox 2005-ci ildə istehsal olunmuşdu. Əhalinin sayının kəskin artmasına baxmayaraq, bu müddət ərzində kartof istehsalını o səviyyəyə çatdıra bilməmişik. Son bir neçə ildə kartofun əkin sahəsi isə azalır. Çünki kartofu saxlamaq üçün Azərbaycanda soyuducu anbarlar yoxdur ki, məhsullar orada bir müddət saxlanılsın və sonradan mərhələ üzrə bazara çıxarılsın”.

Vahid Məhərrəmov bildirib ki, kartof toxumu kimi istifadə edilən material əslində, toxum deyil, adi ərzaq üçün nəzərdə tutulmuş kartof yumrularıdır: "Ərzaq üçün nəzərdə tutulan kartof yumrularından toxum kimi istifadə etmək məhsuldarlığa təsir göstərir. Bu halda məhsuldarlıq arta, məhsulun keyfiyyəti yaxşılaşa və bu sahə inkişaf edə bilməz. Ölkəyə gətirilən gübrələrin keyfiyyəti də aşağıdır. Kəndlilərimiz buna görə yaxşı nəticə əldə edə bilmirlər. Kartof elementlərə tələbatı olan bitkidir, xüsusilə kaliuma tələbatı çoxdur. Təəssüflər olsun ki, bu sahədə də idxal monopoliyası mövcuddur. Monopolistlər imkan vermir ki, azad sahibkarlar digər ölkələrdən kartof gətirib, nisbətən ucuz qiymətə bazara təklif etsinlər. Bütün bu səbəblər ölkəmizdə kartofun qiymətini yüksəldir".

İqtisadçı ekspert Akif Nəsirli deyir ki, Azərbaycanda bu il kartof qıtlığı özünü daha tez göstərib: "Azərbaycan kartofa tələbatını özü ödəyən ölkə sayılır. Amma bilirsiniz ki, bu il kənd təsərrüfatı məhsullarının məhsuldarlığı çox aşağı düşüb. Ona görə də bu il əvvəlki illərdən fərqli olaraq, bazarda kartof qıtlığı daha tez  özünü büruzə verib. Bu, təbii ki, bütün yerli ehtiyatların tükənməsi ilə bağlıdır. Yerli ehtiyatlarla bərabər, xaricdən kartof idxalı davam edir".

Ekspertin sözlərinə görə, kartofun kəskin bahalaşması gözlənilmir: "Kartof elə məhsuldur ki, ətraf ölkələrdə çox geniş şəkildə becərilir və məhsuldarlıq yüksəkdir. Eyni zamanda bu kartofların maya dəyərində aşağıdır. Azərbaycanda kartofun qiymətinin artması indikator kimi ətraf bazarlara siqnal ötürəcək. Növbəti mərhələdə hesab edirəm ki, kartof idxalı artacaq. Bununla da qiymətlər yanvar, fevral və mart ayları üçün bir qədər sabitləşəcək. Kartofun həddindən artıq bahalaşmasını gözləməyə dəyməz. Çünki ətraf ölkələrdə kartof əkini ilə məşğul olan fermerlər var. Kartof həmin ölkələrdə ucuz başa gəldiyinə görə Azərbaycana da o qədər baha gəlib çıxmır. Hazırda yaranmış vəziyyətin səbəbi aydındır. Məsələnin aradan qaldırılması gələn həftələrdə baş tutacaq".

Akif Nəsirli vurğulayıb ki, idxalçılar süni şəkildə kartof idxalını azaldaraq qiymətlərin bahalaşmasına şərait yaradırlar. Onlar çox kartof gətirib az qazanmaqdansa, az kartof gətirib çox qazanmağı üstün tutur: “Digər tərəfdən də idxalçılar ehtiyat edir ki, böyük həcmdə kartofu ölkəyə gətirəcəklər, ardınca da yeni kartof çıxacaq. Onların gətirdikləri kartofun qiyməti düşəcək və ziyana gedəcəklər. Yaza doğru getdiyinə görə sahibkarlar idxala həssas yanaşırlar. Ona görə də kartofun qiyməti bahalaşır”.

İqtisadçı ekspert Eyyub Kərimlinin fikrincə, kartofun qiymətinin qalxması mövsümi amillərlə bağlıdır: “Qış ayları ilə əlaqədar yerli məhsulun becərilməsi həyata keçirilmir, ancaq ehtiyatda olan məhsulların satılır. Bu da qiymətlərə təsir edir. Digər tərəfdən, hesab edirəm ki, bəzi hallarda mağazalarda qiymət süni olaraq artırılır. Əgər biz müşahidə etsək, bazarlarda belə kəskin qiymət artımı olmur”.

Ekspertin dediyinə görə, əsasən də yerli məhsulun qiymətindəki artım onun keyfiyyətinin daha yaxşı olması ilə əlaqədardır: “Ölkəyə Belarusdan, Gürcüstan və İrandan idxal olunan kartoflar bəzən daha ucuz satılır. Lakin hesab edirəm ki, onların keyfiyyəti yerli kartof qədər deyil. Buna görə də yerli məhsul daha baha qiymətə alıcılara təklif olunur”.

İqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə əsasən, bahalaşmanın səbəbi yerli məhsulun hələ yetişməməsidir: “Logistikanın bahalaşması və daşınma xərclərinin artmasına görə xaricdən, əsasən də Türkiyədən gətirilən məhsulların qiymətində müəyyən dəyişiklik ola bilər. Yerli məhsulların indi bazarda olmadığını nəzərə alsaq, daha çox xaricdən gətirilən məhsullardan istifadə olunur. Çox güman xaricdən gətirilən məhsulların həm topdan satış qiyməti, həm logistik qiymətlərində bahalaşma var deyə, ölkədəki satış qiymətlərinə də bahalaşma yönündə təsir göstərir. Qiymət artımının səbəbi bu ola bilər. Hesab edirəm ki, belə sərt qiymət artımı varsa, müvafiq qurumlar bununla bağlı tədbirlər görməlidir. Heç olmasa yay aylarına, yəni yerli məhsullar bazara çıxana, müəyyən bolluq yaranana qədər üç aylıq gömrük rüsumu və əlavə dəyər vergisi bu məhsullardan ləğv edilməlidir ki, qiymətlər belə sürətlə bahalaşmasın və bazarda sabitlik yaransın. Çünki kartof və soğan əsasən aztəminatlı ailələrin gündəlik tələbat malıdır və onların büdcəsinə çox ciddi təsir göstərir”.

Natiq Cəfərli hesab edir ki, bu il dünyada baş verən proseslərin də bahalaşmaya təsiri var. “Yerli məhsulların çıxmasına bir neçə ay qalmış hər il belə problemlərlə qarşılaşırıq. Çünki bizim yerli məhsulları uzun zaman saxlamaq üçün infrastrukturumuz, yəni soyuducular, saxlama yerlərimiz azdır. Amma indi dünyada baş verən proseslər - ərzaq indeksinin yüksəlməsi, qiymətlərin dünyada da bahalaşması da üzərinə gələndə yerli bazarda tələbat məhsullarının qiymətində bu dərəcədə yüksək səviyyəli artım müşahidə olunur. Bu da sosial durumu yaxşı olmayan ailələrin vəziyyətini daha da çətinləşdirir”.

Sevinc QARAYEVA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:153
embedMənbə:https://525.az
archiveBu xəbər 20 Mart 2026 06:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see368

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see346

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see280

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see274

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi (Foto)

27 Avqust 2026 21:38see260

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see253

Acı qəhvə içmək qida borusu xərçəngi yaradır?

27 Avqust 2026 18:50see251

“Tvente”nin futbolçusu: “Sabah meydanda əsl güc balansının necə olduğunu görəcəyik”

27 Avqust 2026 19:10see251

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see236

Dünyanın sonu yaxınlaşır Dəccal haqqında peyğəmbərlik gerçəkləşməyə başladı

27 Avqust 2026 23:51see236

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see235

Qiymətlər niyə yüksəlir? Hörmüz boğazının təsiri nə qədərdir, digər amillər hansılardır?

28 Avqust 2026 13:00see222

Onlar üçün kiçik ailə biznesləri yaradıldı Fotolar

28 Avqust 2026 18:00see209

Beşbarmaq: əsrlərin sirrini qoruyan müqəddəs dağ

28 Avqust 2026 15:04see204

Fransa 44 fələstinlini Qəzza bölgəsindən təxliyə edib

28 Avqust 2026 23:21see196

Cəmalanın 43 yaşı var...

28 Avqust 2026 21:07see190

Rusiya niyə qəsdən valyutasını zəiflədir?

28 Avqust 2026 20:06see187

“Mançester Siti”dən “Kristal Pelas”a 4 qol: Haland və Şerki dubl etdi VİDEO

29 Avqust 2026 01:33see179

İnfarkt üçün yeni təsnifat hazırlandı

28 Avqust 2026 17:20see172

Bakıda Türkiyənin Zəfər Bayramı qeyd olundu

28 Avqust 2026 23:53see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri