Karyerasına 1 3 həftə içərisində aydınlıq gələcək
futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Bavariya” ilə vinger Leroy Sane arasında yeni müqavilə danışıqları davam edir.
Futbolpress.az xəbər verir ki, hazırki müqavilə üç aydan sonra başa çatır. Hələ də klub rəhbərliyi daxilində futbolçunun müqaviləsinin uzadılmasının düzgün olub-olmamasına şübhə ilə yanaşanlar var. Bununla belə, “Bavariya” futbolçunun münasibətini və son vaxtlardakı çıxışını yüksək qiymətləndirir.
Jurnalist Florian Plettenberq bildirib ki, danışıqlar davam edir və Sane maaşını azaltmağa razılaşıb. Lakin 29 yaşlı futbolçu hələlik konkret təklif almayıb, hər şey şifahi danışıqlarla məhdudlaşır. Yekun qərarın 1-3 həftə ərzində veriləcəyi gözlənilir.
Qeyd edək ki, “Arsenal” Saneni transfer etməkdə maraqlıdır. London klubu daha əvvəl futbolçu ilə əlaqə saxlayıb.
Baxış sayı:155
Bu xəbər 31 Mart 2025 22:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















