“Bloomberg”: Polşa NATO dan Rusiya raketlərinin Ukrayna üzərində zərərsizləşdirilməsini istəyir
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Varşava NATO müttəfiqlərinə Rusiya raket və pilotsuz uçuş aparatlarının alyans ölkələrinin sərhədlərinə yaxınlaşmasını gözləmədən, birbaşa Ukraynanın hava məkanında vurulması imkanını nəzərdən keçirməyi təklif edib.
Bu barədə “Bloomberg” agentliyi məlumatlı mənbələrə istinadən xəbər yayıb.
Məlumata görə, Polşanın təşəbbüsü NATO qüvvələrinə Rusiya ordusunun Ukraynaya qarşı istifadə etdiyi raket və dronları birbaşa Ukrayna ərazisinin üzərində məhv etmək imkanı verilməsini nəzərdə tutur. Bu addımın əsas məqsədlərindən biri alyansın üzvü olan qonşu ölkələrin hava məkanının qorunmasıdır.
Bildirilir ki, təşəbbüs NATO-nun Brüsseldə keçirilən səfirlərinin görüşündə müzakirə olunub. Lakin alyans daxilində bununla bağlı hələlik yekun qərar qəbul edilməyib.
NATO üzvləri belə bir addımın Rusiya ilə alyans arasında birbaşa hərbi qarşıdurmaya səbəb ola biləcəyindən ehtiyat edirlər.
Qeyd edək ki, noyabrın 20-də Rusiyanın Ukraynaya genişmiqyaslı hava hücumu zamanı üç obyektin – ehtimal olunan iki raket və bir pilotsuz uçuş aparatının Polşanın hava məkanına daxil olduğu bildirilmişdi. Polşa rəsmiləri hadisədən sonra NATO-dan ölkənin hava hücumundan müdafiə imkanlarının gücləndirilməsini istəyiblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 25 Noyabr 2026 17:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















