Kasıblıq tələsi yaradan 4 cümlə: Psixoloqlardan maliyyə xəbərdarlığı
Icma.az, Milli.az saytına istinadən bildirir.
Maliyyə sıxıntıları təkcə gəlir səviyyəsi və ya inflyasiya ilə bağlı deyil. Şüurda yerləşən zehniyyət və gün ərzində işlədilən məsum ifadələr beynin maliyyə qərarı vermə mexanizmini iflic edərək insanı kasıblıq dövrəsində saxlayır.
Milli.Az tədqiqatlara və davranım mütəxəssislərinə görə, pulu çatmayan insanların tez-tez işlətdiyi 4 təhlükəli cümləni təqdim edir:
"Bunu həyatım boyu ala bilmərəm": Beyni həll yolu axtarmaq əvəzinə çərəsizliyə proqramlaşdırır və yeni gəlir yolları tapmaq motivasiyasını yox edir.
"Dünyaya bir dəfə gəlirik, xərclə getsin": Anlıq həzz uğruna gələcəkdəki maliyyə təhlükəsizliyini riskə atır.
"Çox pul haramla qazanılır / pul insanı korlayır": Var-dövləti şüuraltında mənəvi qüsur kimi kodlayaraq insanın əlinə düşən imkanlardan qaçmasına səbəb olur.
"Bir az da qazanım, dərhal yığmağa başlayacağam": Qənaət və yatırım addımını qeyri-müəyyən gələcəyə təxirə salaraq maliyyə krizini qaçılmaz edir.
Maliyyə terapevtləri bildirirlər ki, bu vərdişdən qurtulmaq mümkündür. Məsələn, "bunu əsla ala bilmərəm" demək əvəzinə, "buna sahib olmaq üçün nəyi fərqli edə bilərəm?" deyə düşünmək beyni şikayətdən çıxarıb strategiya qurmağa yönəldir. Maliyyə rahatlığı ilk növbədə dildəki cümlələri dəyişməklə başlayır.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 03 Noyabr 2026 07:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















