Kasilyas Portu dan təzminat tələb edir
Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Futbol üzrə İspaniya millisinin sabiq qapıçısı İker Kasilyas bir neçə il əvvəl karyerasını başa vurmasına baxmayaraq, keçmiş klubu "Portu" ilə məhkəmə çəkişməsinə başlayıb.
İdman.Biz "AS" nəşrinə istinadən xəbər verir ki, Kasilyas Portuqaliya klubuna qarşı iddia qaldırıb. O, 2019-cu ildə məşq zamanı keçirdiyi infarktın həddindən artıq fiziki yüklənmənin nəticəsi olduğunu bildirir.
“İdman zalına gedirəm, padel oynayıram, amma qaça bilmirəm. Yalnız 20 və ya 50 metr qaça bilirəm. Bundan artıq heç nə edə bilmirəm”, - deyə keçmiş qolkiper məhkəmədə ifadə verib.
Kasilyas daimi əmək qabiliyyətini itirdiyinin rəsmən tanınmasını və ona 2,5 milyon avro (5 milyon AZN) məbləğində kompensasiya ödənilməsini tələb edir. Bu məbləğ onun son mövsümdəki müqaviləsinin 70 faizinə bərabərdir.
Baxış sayı:91
Bu xəbər 11 İyun 2026 13:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















