Kaşpirovski vəfat etdi
Icma.az, Qafqazinfo saytına istinadən bildirir.
Məşhur ekstrasens və teleaparıcı Anatoli Kaşpirovski 87 yaşında vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə teleaparıcı Andrey Malaxov özünün “Telegram” kanalında məlumat yayıb.
“Anatoli Mixayloviç Kaşpirovski artıq aramızda deyil”, - paylaşımda deyilir.
Qeyd edək ki, Anatoli Kaşpirovski sovet və postsovet dövründə məşhurlaşmış psixoterapevt və teleaparıcıdır. O, 1980-ci illərin sonlarında televiziya vasitəsilə kütləvi psixoterapiya seansları keçirməsi ilə məşhurlaşıb. Onun fəaliyyətinə münasibət birmənalı olmayıb, tətbiq etdiyi üsullar isə elmi baxımdan mübahisəli hesab edilib. 2006-cı ildə Çelyabinskdə Kaşpirovski xalq təbabəti ilə qanunsuz məşğul olduğuna görə inzibati məsuliyyətə cəlb olunub. 2024-cü ildə isə o, kütləvi seanslarını yenidən bərpa edib və öz brendinin məhsullarını satmağa başlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 03 Oktyabr 2026 13:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















