Məşhur psixoterapevt Anatoli Kaşpirovski vəfat edib
Icma.az, Baku.ws saytına istinadən bildirir.
Rusiyalı psixoterapevt, teleaparıcı Anatoli Kaşpirovski 87 yaşında vəfat edib.
BAKU.WS Rusiya mediasına istinadən xəbər verir ki, onun ölüm səbəbi açıqlanmayıb. Daha əvvəl Kaşpirovskinin xəstəxanaya yerləşdirildiyi bildirilmişdi.
O, 1980-ci illərin sonlarında televiziyada keçirdiyi kütləvi psixoterapiya və hipnoz seansları ilə məşhurlaşıb. Kaşpirovski ekran vasitəsilə tamaşaçıların vəziyyətinə təsir etməyin mümkün olduğunu iddia edirdi.
Vinnitsa Tibb İnstitutunun məzunu olan Kaşpirovski psixoterapevt kimi çalışıb, daha sonra SSRİ ağır atletika yığmasının həkimi olub. 1993-cü ildə isə Dövlət Dumasının deputatı seçilib.
Bu mövzuda digər xəbərlər:Məşhur ekstrasens Kaşpirovski xəstəxanaya yerləşdirilib
06 Oktyabr 2025 16:47
Kaşpirovski vəfat etdi
03 Oktyabr 2026 13:05
SSRİ də milyonları ekran qarşısına yığan məşhur Kaşpirovski vəfat etdi
03 Oktyabr 2026 13:44
Anatoli Nuriyev
02 May 2025 20:43
Xalq artisti Anatoli Lobotski vəfat edib KONKRET
20 Dekabr 2025 14:47
Baxış sayı:60
Bu xəbər 03 Oktyabr 2026 13:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















