Kassano özünü “Qızıl top” sahiblərindən üstün sayır
Icma.az, Qol.az saytına istinadən bildirir.
İtaliya millisinin keçmiş hücumçusu Antonio Kassano ustalıq baxımından özünü Rivaldo, Kaka və digərlərindən daha güclü sayır.
QOL.az xəbər verir ki, 43 yaşlı keçmiş forvard "Viva el Futbol" şou proqramında bu barədə danışıb.
“Ustalıq və istedad baxımından mən Rivaldodan güclü idim, baxmayaraq ki, onun sehrli sol ayağı var idi.
Kaka? Texnika və istedad baxımından hər iki komponentdə mən daha yaxşı idim. Onun partlayıcı sürəti var idi, amma driblinq və son ötürmə məndə daha üstün idi. Eyni sözləri Batistuta və Dembele barədə də deyə bilərəm.
Lamin Yamal? O, çox güclüdür və başqa mövqedə oynayır. Amma mən özümü həddindən artıq bəyənirdim: bütün dəliliklərimə baxmayaraq, məşq etmədən, daim artıq çəkili halda inanılmaz güclü komandalarda çıxış etmişəm” – deyə Kassano bildirib.
Qeyd edək ki, Kassano karyerası ərzində "Roma", "Real""Milan" və "İnter" kimi klublarda forma geyinib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 29 May 2026 09:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















