Icma.az
close
up
RU
Kaşuk təkbətək epizodu qola çevirsəydi... Aslan Kərimov Atletiko ya yenilginin səbəblərini dedi

Kaşuk təkbətək epizodu qola çevirsəydi... Aslan Kərimov Atletiko ya yenilginin səbəblərini dedi

Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir.

UEFA Çempionlar Liqasında "Atletik"ya uduzan (1:3) "Qarabağ" turnirin Liqa mərhələsində ilk məğlubiyyətini aldı. Tanınmış futbol mütəxəssisi, Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Aslan Kərimovla əlaqə saxlayıb İspaniyada baş tutan oyun haqda fikirlərini bölüşməsini xahiş etdik.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Məğlubiyyətin bir neçə səbəbi var. Öncədən də təxmin etdiyimiz kimi, "Atletik" yüksək pressinqlə öz oyunumuzu oynamağa imkan vermədi. "Qarabağ" topu özündə saxlamağı sevən, qol axtarışlarına kombinasiyalı hücumlarla çıxan kollektivdir. Amma "Qarabağ" İspaniyada 90 dəqiqə ərzində bunu iki-üç dəfə edə bildi. Demək olar ki, yarımmüdafiə xəttimiz top saxlaya bilmirdi. Müdafiədən oyun qurarkən ya uzun ötürmələr etməli olurduq, ya da topu meydandan çıxarırdıq. Baxmayaraq ki, oyun istədiyimiz kimi başlamışdı, 48 saniyədə rəqibin səhvini yaxşı dəyərləndirib qol vurmuşduq... Hərçənd o qoldan sonra da yaxşı imkanımız oldu. O epizodda Nəriman Axundzadə məsuliyyəti öz üzərinə götürsəydi, hər şey daha yaxşı alınardı, lakin gediyə ötürmə etdiyi üçün Mateus Silva qapıya iti bucaq altında zərbə endirdi. Hesabı biz açandan sonra "Atletik"in hücumların kəsərini artırması, "Qarabağ"ı qapısına doğru sıxışdırması gözlənilən idi. İlk yarıda meydan sahiblərinə çox qol imkanı verdik. Hətta fasiləyə qədər rəqib 3-4 qol da vura bilərdi. Biz onları ikinci zonada qarşılayırdıq. İkinci zonada qarşılayarkən rəqibin uzun ötürməsi təkbətək epizodla nəticələndi və qol vurdular.  Məğlubiyyətimizin digər səbəbi Kadi və Bikalyonun top saxlaya bilməməsi idi. Hər ikisinə güclü təzyiq var idi. Bəlkə də Marko Yankoviçin tam güvcü ilə oynamağa hazır olmaması da bir səbəbdir. Təbii ki, komandaların futbolçuları arasındakı səviyyə fərqi vurğulanmalıdır. "Qarabağ" pressinq edə bilmədiyi üçün rəqib yarımmüdafiə xəttini dərhal yarır, cərimə meydançamıza asanlıqla yaxınlaşırdı. Penaltilərimizin verilmədiyi barədə müzakirələrə gəlincə, məncə, o epizodların heç birində penalti yox idi. "Atletik"lə matçdan danışırqsa, Niko və İnyaki Uilyams qardaşlarını da unutmamalıyıq. Bəxtimiz gətirdi ki, Niko Uilyams zədədən qayıtmışdı və formada deyildi. Bu başqa məsələ ki, qardaşlar oyundan alınandan sonra "Atletik"in təzyiqi daha böyük oldu. 

Ümumi baxsaq, "Atletik" bizi həm taktiki, həm texniki, həm də fiziki baxımdan üstələdi. Buraxdığımız ikinci qoldan sonra bir qədər özümüzə gəldik. Belə bir oyundan heç-heçə ilə də ayrılmağımız mümkün idi. Rəqibin müdafiə xətti az da olsa, boşluqlar verirdi. Sona yaxın Kaşuk təkbətək epizodu qola çevirsəydi, əminəm ki, oyun 2:2 hesabı ilə bitərdi. Şübhəsiz, "Atletik" bizdən daha keyfiyyətli komandadır, lakin final fitinə yaxın yenilgidən qurtulmaq şansımız var idi. Təəssüf ki, "vurmayana vurarlar" prinsipi işə düşdü və üçüncü qolu da buraxdıq".

Kamil Xudiyev

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:91
embedMənbə:https://fanat.az
archiveBu xəbər 23 Oktyabr 2025 17:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see257

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see168

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see152

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri