Icma.az
close
up
RU
Kataliz və Qeyriüzvi Kimya İnstitutunda gənclərlə görüş olub AZƏRTAC

Kataliz və Qeyriüzvi Kimya İnstitutunda gənclərlə görüş olub AZƏRTAC

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 28 dekabr, AZƏRTAC

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun baş direktoru akademik Dilqəm Tağıyevin gənclərlə görüşü keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, görüşdə akademik Dilqəm Tağıyev müəssisədə 2024-cü ildə əldə olunan nailiyyətlərdən bəhs edib. Qeyd edib ki, bu il institutun göstəriciləri yüksək olub. İnstitut əməkdaşlarının 149 məqaləsindən 91-i xaricdə nəşr edilib. Məqalələrdən 127-si “Scopus” və “Web of Science” bazalarında indeksləşən jurnallarda dərc olunub.

İnstitutun rəhbəri qeyd edib ki, bundan başqa, 2024-cü ildə 10 monoqrafiya və dərslik çap olunub, 6 patent alınıb. Əməkdaşların çap etdirdiyi 167 tezisdən 87-i xaricdə işıq üzü görüb. Bu nailiyyətlərin əldə olunmasında gənc alimlərin də kifayət qədər rolu vardır: “Alınan nəticələrimiz yaxşı göstəricidir, məhz buna görədir ki, National H-indeksin 2024-cü ilin 4-cü rübünün nəticələrinə görə institut Azərbaycanda fəaliyyət göstərən 84 ali təhsil və elmi təşkilat arasında 10-cu yerdədir. Kimya bölməsi üzrə bizim institutun göstəriciləri digər kimya institutları ilə müqayisədə daha yüksəkdir”.

Akademik qeyd edib ki, 2024-cü ildə institutun gənc əməkdaşlarından bir çoxu xarici ölkələrdə konfranslarda, tədbirlərdə, təlimlərdə iştirak edib, sertifikat və diplomlara layiq görülüb. Onlar elmi-tədqiqat işlərinin bir hissəsini xaricdə tədqiqat institutlarında aparıb və alınmış nəticələri birgə məqalələr şəklində çap etdiriblər. O, institutun əməkdaşı Aysel Məmmədovanın təqaüd qazanaraq Macarıstanda 4 il doktorantura təhsili aldığını, bütün xərcləri Macarıstanın öz üzərinə götürdüyünü, bunun gənclərin inkişafı üçün sevindirici hal olduğunu qeyd edib.

Baş direktor çıxışında gəncləri lazımlı mütəxəssis olmağa, xarici dil biliklərini zənginləşdirməyə, xarici ölkələrlə beynəlxalq əməkdaşlığı daha da artırmağa, təqaüd proqramlarında, yerli və xarici ölkələrdə konfranslarda, simpoziumlarda, müsabiqələrdə daha fəal iştirak etməyə çağırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Dekabr 2024 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri