Kats yenidən İranı genişmiqyaslı zərbələrlə hədələyib
Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Əgər İran Livandakı fəaliyyətinə görə və ya hər hansı başqa səbəbdən İsrailə hücum edərsə, İsrail bütün gücü ilə cavab zərbəsi endirəcək.
Moderator.az "The Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Kats ölkənin kursantların buraxılış mərasimində bildirib.
O qeyd edib ki, İsrail silahlı qüvvələri Livan, Suriya və Qəzza zolağı ərazisindəki təhlükəsizlik zonalarında vaxt məhdudiyyəti olmadan qalmağa davam edəcək. Katsın sözlərinə görə, hərbi mövcudluğun qorunub saxlanılması İsrail sakinlərinin və yaşayış məntəqələrinin silahlı qruplaşmalardan qorunması üçün zəruridir.
"Biz İsrailin ali təhlükəsizlik maraqları - hərbi qulluqçularımızın və vətəndaşlarımızın qorunması məsələlərində kompromisə getməyəcəyik. Təhlükəsizlik zonalarından çıxmayacağıq", - nazir vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:180
Bu xəbər 25 İyun 2026 20:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















