Icma.az
close
up
RU
Kaxaber Tsxadadze: “Danışacaq nəsə yoxdur”

Kaxaber Tsxadadze: “Danışacaq nəsə yoxdur”

Icma.az xəbər verir, Apasport saytına əsaslanaraq.

Misli Premyer Liqasının XXIII turunun "Sabah" - "Qəbələ" matçından (7:1) sonra qonaqların baş məşqçisi Kaxaber Tsxadadzenin mətbuat konfransı keçirilib.

Apasport.az xəbər verir ki, mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.

"Katastrofik hadisə baş verdi. Əlbəttə, belə hallarda məşqçi məsuliyyəti üzərinə götürür. Oyunu analiz edib, səhvlərimizi ortaya çıxarmalıyıq. Oyunçuların əksəriyyəti bugünkü oyuna hazır deyildi. Sadə səhvlərdən qollar buraxdıq. Sonra rəqib boşluqlardan maksimum istifadə etdi. “Sabah” kimi komandaya qarşı belə əks-hücum şansı vermək olmaz. Təhlillər aparmalıyıq. Danışacaq nəsə yoxdur".

– Liqada qalmaq uğrunda mübarizə aparırsız. Kubok oyununda “Sabah”a qarşı çox güc sərf etdiniz və bu gün “partladı”. “Sabah”la kubok matçlarında bu qədər güc sərf etməyinizə peşmansınız?
– Belə olacağını düşünməzdik. İki cəbhədə mübarizə aparmaq, lider “Sabah”a qarşı bir ayda beş oyun keçirmək çox çətindir. Kubokda 0:2 geridə olsaq da, xarakter göstərmişdik. Bugünkü oyunda mənfi olan şey oyunçularda xarakter çatışmazlığı idi.

– Uzun illərdir, sizi tanıyıram. Xatırlamıram ki, komandanız bu qədər qol buraxıb. Siz xatırlayırsınızmı?
– Uşaqlara da dedim, karyeramda belə hesab olmamışdı. Qismət imiş, bunu da yaşadıq. Məğlub olmaq olar, amma əzmkarlıq olmadan belə uduzmaq faciədir. Həyatda da mübarizə aparmaq vacibdir. Bu gün bəzi oyunçular meydanda mübarizə aparmadı.

– Bu gün görünən, “Qəbələ”nin 5, “Sabah”ın 50 manatı var. Aradakı 45 manatlıq fərq meydanda göründü?
– Bu haqda danışmaq istəmirəm. Vacib olan xarakterdir və bu gün görünmədi. İstənilən halda, hər oyunçumuz xarakter göstərməlidir. Məsələn, “Şerif” nə vaxtsa “Real”a qalib gəlmişdi. Onlar arasında da fərq var idi. Ona görə deyirəm, bugünkü oyunda əsas və böyük problem xarakter idi.

KAMİLO DURAN KOLUMBİYA MİLLİSİNDƏ Azərbaycanın U-20 millisində baş məşqçi təyinatı XVIII turun təyinatları bəlli olub Azarkeşləri "Mingəçevir"i ziyana saldı, Qusarda həkim hakimi təhqir etdi - Cəzalar Eskude Bakıya gəlib: AFFA-da görüşlər keçirib
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:125
embedMənbə:https://apasport.az
archiveBu xəbər 10 Mart 2026 21:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see269

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see187

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see187

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see186

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see178

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see177

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see176

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see175

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see175

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see175

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see174

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see173

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see171

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see171

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see170

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see169

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see167

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see166

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see165

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri