Icma.az
close
up
RU
Kaxaber Tsxadadze: “Özümüz də bilirik ki, səhvlərimiz hardadır”

Kaxaber Tsxadadze: “Özümüz də bilirik ki, səhvlərimiz hardadır”

Icma.az, sport24.az portalına istinadən məlumat verir.

"Çox acı məğlubiyyət oldu. Hamı bilir ki, "İmişli" böyük qüvvə ilə müdafiə olunan komandadır. Rəqib səhv edən kimi, bundan çox yaxşı istifadə edirlər. Bu, qışdan sonra onların ilk qələbəsi idi. Onlara qarşı bu cür səhv etmək olmaz. Təəssüf ki, standart vəziyyət zamanı səhvə yol verdik. Topa nəzarət edirdik, rəqibin cərimə meydançasına daxil olurduq, sadəcə sonluq yox idi. Azarkeşlər narahat olur, onları da başa düşürük. "Qəbələ"nin bu durumda olması onları da narahat edir. Çempionatın sonuna 6 tur qalıb. Hər şeyi edəcəyik ki, Premyer Liqada qalaq. Bu matçda sonluğu heç cürə gətirə bilmədik".

Sport24.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Kaxaber Tsxadadze Misli Premyer Liqasının 27-ci turunun "İmişli" ilə oyunundan sonra keçirilmiş mətbuat konfansında bildirib. O, jurnalistlərin suallarını da cavablandırıb.


- "İmişli"nin öz stadionu da yoxdur. Amma onlar "Qəbələ"dən daha üst pillədə qərarlaşıb. Nəyə görə belədir? 

- Özümüz də bilirik ki, səhvlərimiz hardadır. "Qəbələ"nin problemi indi yox, Premyer Liqanı tərk edəndə başlamışdı. Amma biz geri qayıtdıq. I Liqada 17 xallıq fərqlə çempion olduq. Ya gərək çempion olan komandanı dağıdıb tamamilə legionerlərdən heyət qurardıq. Bu da düzgün deyildi. Çünki bizi çempion edən futbolçulara şans verməliydik. Ona görə heyəti dağıtmadıq. "Qəbələ" bir neçə il əvvəl Avropa Liqasının qrup mərhələsində oynayırdı. İndi isə məqsəd liqada qalmaqdır. Bu gün kimsə desə ki, "İmişli" bizdən yaxşı oynadı, bununla razı olmaram. Çünki cəmi 2-3 dəfə cərimə meydançamıza daxil oldu. Biz I Liqadakı heyətimizin 95 faizini saxladıq. Həmin vaxtı da hamı razı idi ki, o futbolçuların əməyi olub, onları saxlamaq lazımdır. Bir az bəxt də gətirmir. 20-30 ildir məşqçilik edirəm. Müəyyən şeyləri üzərimizə götürmüşüksə, bunu sona qədərə davam etdirməliyik.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://sport24.az
archiveBu xəbər 12 Aprel 2026 19:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri