Kaya Kallas: Avropa ABŞ dəstəyi olmadan Ukraynaya kömək edə bilməz
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 26 sentyabr, AZƏRTAC
Avropa Vaşinqtonun iştirakı olmadan Kiyevə müstəqil şəkildə dəstək vermək iqtidarında deyil.
AZƏTAC xəbər verir ki, bunu “Politico” nəşrinə müsahibəsində Avropa diplomatiyasının rəhbəri Kaya Kallas deyib. O, ABŞ Prezidenti Donald Trampın Ukraynada müharibəni dayandıracağına söz verdiyini xatırladaraq bildirib ki, bu məsələ ilə təkcə Avropa məşğul ola bilməz.
Avropa diplomatiyasının rəhbəri, həmçinin qeyd edib ki, ABŞ NATO-nun ən böyük üzvüdür və “NATO-nun nə etməli olduğu” sualı ortaya çıxanda bu, ABŞ-ın nə etməli olduğuna da aiddir”.
“Financial Times” qəzeti bir qədər əvvəl yazmışdı ki, Tramp Ukraynanı itirilmiş ərazilərini Rusiya ərazisi kimi tanımağa məcbur etməyə çalışırdı. Lakin ABŞ Prezidenti bu yaxınlarda ritorikasını dəyişərək bəyan edib ki, Kiyev Aİ-nin dəstəyi ilə “mübarizə aparıb bütün əraziləri geri ala bilər”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 26 Sentyabr 2025 15:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















