Azərbaycanda ictimai nəqliyyat üzrə ən yaxşı şəhərin adı məlum oldu
Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycanda ictimai nəqliyyata rahat çıxışı olan əhalinin xüsusi çəkisinə görə şəhərlərin adları məlum olub.
"Cebheinfo.az" rəsmi məlumatlara istinadən xəbər verir ki, Şəki şəhəri 89 faiz nəticə ilə birincidir. Mingəçevir şəhəri 84 faiz nəticə ilə ikincidir.
Gəncə şəhəri 83 faiz nəticə ilə üçüncüdür.
İctimai nəqliyyata rahat çıxışı olan əhalinin xüsusi çəkisi Bakıda 80 faiz, Sumqayıtda 50 faiz, Şirvanda 66 faiz, Lənkəranda 76 faiz, Yevlaxda isə 36 faiz təşkil edib.
2020-ci ilin rəqəmlərinə görə, postsovet ölkələrində bu göstəricinin ən yüksək olduğu şəhər 90.02 faiz nəticə ilə Sankt-Peterburqdur. Moskvada ictimai nəqliyyata çıxışı olan əhalinin çəkisi 85.3 faiz təşkil edir.
Bu göstərici ictimai nəqliyyata rahat çıxışı olan əhalinin sayının ümumi əhali sayına nisbətinin 100-ə vurulması ilə hesablanır. İctimai nəqliyyata rahat çıxış dedikdə ev, məktəb, iş yeri, bazar və digər gündəlik istifadə olunan məkanlarla ictimai nəqliyyat (avtobus, tramvay, trolleybus) dayanacaqları arasındakı məsafə 500 metrdən çox olmamalıdır.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 31 Dekabr 2025 16:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















