Zəngəzur dəhlizinin yükgötürmə həcmi Qazax İcevan istiqamətindəki dəmir yolu daşıma potensialından qat qat çoxdur
Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.
Politoloq Oqtay Qasımov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İran dini liderinin müşaviri Vilayətinin verdiyi açıqlamalar məqbul açıqlamalar deyil: “Biz əslində bu cür bəyanatları son beş ildə çox eşitmişik və faktiki olaraq bu gün İranın dini liderinin ətrafı ilə prezident komandası arasında bu məsələdə də ciddi fikir ayrılıqlarının olduğunu görməkdəyik. Vilayəti bəyan edir ki, Zəngəzur dəhlizi açılmayacaq və ümumiyyətlə, İran istəmir ki, bu dəhliz açılsın. İran bütün hallarda anlamalıdır ki, bu məsələ ilə bağlı artıq yalnız Ermənistanla deyil, həm də Amerika Birləşmiş Ştatları ilə danışılmalıdır. Çünki bu dəhliz açılacaq və "TRİPP yolu" adlandırılacaq. Amerika Birləşmiş Ştatları da bu prosesdə iştirak edir. Artıq Amerika Birləşmiş Ştatlarının nümayəndəsi Ermənistana gəlib. İlkin razılaşmalar əldə olunub, texniki iqtisadi əsaslandırmalar həyata keçirilir. Verilən məlumatlara görə, fevral ayında Amerika Birləşmiş Ştatlarından yüksək rütbəli nümayəndələrin Ermənistana səfəri gözlənilir. İlin ikinci yarısında da bu dəhlizin açılması ilə bağlı real işlərin başlanması planlaşdırılır”.
Oqtay Qasımov
Oqtay Qasımov vurğulayıb ki, Amerika Birləşmiş Ştatları bu dəhlizin işə düşməsi ilə bağlı 145 milyon dollarlıq vəsaitin ayrılmasına razılıq verib. Politoloqun fikrincə, İranın nəyi istəyib-istəməməsindən asılı olmayaraq bu məsələ öz həllini tapacaq, Zəngəzur dəhlizi açılacaq və İran sadəcə olaraq rasional hərəkət etməklə bu prosesdə iştirak edə bilər, daha çox divident qazana bilər.
O ki, qaldı son dövrlər Zəngəzur dəhlizi əvəzinə Qazax-İcevan yolunun təklif edilməsi məsələsi ilə bağlı politoloq bildirib ki, burada bir az fikirlərdə qarışıqlıq var: “Bunlar ayrı-ayrı istiqamətlərdir. Vaxtilə sovet dönəmində Qazaxdan İcevana dəmir yolu xətti olub və yüklər bu istiqamətdə də daşınıb. Son günlər Ermənistan iqtisadiyyat naziri tərəfindən səsləndirilən fikir, məhz Azərbaycan neftinin Gürcüstan üzərindən, əgər tariflər yüksək olacaqsa, alternativ yol kimi Qazax-İcevan istiqamətindən daşına biləcəyi ilə bağlıdır. Paşinyan da, məhz bu istiqamətdə dəmir yolunun bərpasını Vladimir Putindən xahiş etdi. Yəni bu, fərqli bir yoldur. Heç bir halda, Qazax-İcevan dəmir yolu Zəngəzur dəhlizinə alternativ deyil. Bu, sadəcə olaraq ikinci bir Ermənistan üzərindən yoldur.
Ermənistan ərazisinə üç istiqamətdən dəmir yol var. Biri Zəngəzur istiqamətindən olan xətt ki, bu yol Mehridən keçərək Naxçıvan üzərindən İrəvana qədər gedir. İkinci yol Qazax İcevan yoludur ki, bu yoldan yüklər daşınıb. Vaxtilə bir də Gürcüstan üzərindən Sadaxlı xəttindən Vanadzor istiqamətində gedən yoldur. Ermənistanın böyük şəhərləri də bu xətt üzərində yerləşir, buradan Ermənistan dəmiryolu xətti ilə bağlanır. Yəni bunlar ayrı xətlərdir və bir-birinə alternativ deyil.
Zəngəzur dəhlizinin yükgötürmə qabiliyyəti Qazax-İcevan istiqamətindəki dəmir yolu daşıma potensialından qat-qat çoxdur. Bu, sadəcə olaraq Ermənistanın şimal hissələrinə daşımaları həyata keçirə bilər. Amma Zəngəzur dəhlizinin olduğu güzərgə və kiçik bir hissə Ermənistan ərazisində dağlıq ərazidə, qalanı Naxçıvan ərazisində və Ermənistanın digər ərazilərində dəmir yolu daha uyğun coğrafi relyefdə yerləşir. Ona görə də bunlar bir-birinin əksi və alternativi deyil. Fərqli məsələlərdir”.
Oqtay Qasımov qeyd edib ki, Zəngəzur dəhlizi İranın və İrandakı vilayətikimilərin nə deməsindən asılı olmayaraq, zamanında açılacaq. Politoloqun fikrincə, Amerika Birləşmiş Ştatlarının bu məsələdə israrı və niyyəti ciddi şəkildə davam edəcəksə, proseslər gələn il daha da intensivləşəcək.
İradə Cəlil, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 31 Dekabr 2025 16:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















