“Avtomobilin idarə edilməsinə görə etibarnamə tələbinin ləğv edilməsi çoxsaylı vətəndaş üçün rahatlıq yaradar”
Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Etibarnamə niyə ləğv edilmir?
Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına nəqliyyat eksperti Raqif Raufoğlu bildirib ki, bir çox ölkədə belə bir qayda yoxdur.
Raqif Raufoğlu
“Bəli, bunu çox adam gözləyir, həqiqətən də ehtiyac var. Biz nümunəyə baxsaq, bir çox ölkədə belə bir qayda yoxdur. Buna heç bir ehtiyac duyulmur, xüsusən də indi bu cür texnoloji dövrdür. Hansı avtomobilin harda olduğunu tapmaq kifayət qədər asandır.
Əgər mənim avtomobilimi kimsə idarə edirsə və mən buna etiraz etmirəmsə, deməli, o şəxs avtomobili idarə edə bilər. Bu, Almaniyada, Türkiyədə və bir çox digər ölkələrdə belədir, xüsusilə də birinci dərəcəli qohumlar arasında. Məsələn, tez-tez əsas gətirilir ki, etibarnamə olmayanda uşaq atasının avtomobilini götürüb sürür və bu da problemlərə yol açır. Belə hallar indi də baş verir, hətta bəzi qəza hadisələri də yaşanır. Deməli, problem etibarnamədə deyil.
Doğrudan da, bir ailədə kişi həyat yoldaşına avtomobil alırsa və onun bu maşını idarə etməsi üçün ayrıca etibarnamə verməsi tələb olunursa, bu, kifayət qədər mənasız görünür. Mübahisəli hallar həmişə ola bilər və indi də olur. Ancaq şikayət daxil olarsa, hadisəni araşdırmaq və həqiqəti müəyyənləşdirmək çətin deyil. Bu baxımdan, etibarnamə sisteminin ləğvi çoxsaylı vətəndaş üçün rahatlıq və məmnunluq yaradacaq”-deyə Raqif Raufoğlu qeyd edib.
Günel Həsənova, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 31 Dekabr 2025 16:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















