Kayrat Çempionlar Liqasında səfər rekordunu yeniləyəcək
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.
Tarixində ilk dəfə UEFA Çempionlar Liqasının əsas mərhələsində çıxış edəcək Qazaxıstanın "Kayrat" klubu maraqlı bir rekorda imza atmağa hazırlaşır.
Oxu.Az xəbər verir ki, bu barədə "The Sweeper" məlumat yayıb.
Almatı təmsilçisi turnirdə aşağıdakı rəqiblərlə üz-üzə gələcək: "Real Madrid" (evdə), "İnter" (səfərdə), "Brügge" (evdə), "Arsenal" (səfərdə), "Olimpiakos" (evdə), "Sportinq" (səfərdə), "Pafos" (evdə) və "Kopenhagen" (səfərdə).
Qazaxıstan çempionunun Almatı ilə "Sportinq"in Lissabon şəhəri arasındakı məsafəsi 7 000 km təşkil edir. Bu, Çempionlar Liqası tarixində qrup mərhələsində qeydə alınan ən uzaq səfər olacaq. Əvvəlki rekord isə 2015-ci ildə "Astana" və "Benfika" arasında 6 173 km-lik məsafə ilə qeydə alınmışdı.
Komanda turnirin tam təqviminə əsasən, ümumilikdə 44 982 km məsafə qət edəcək ki, bu da Yer kürəsinin ekvatorunun uzunluğundan (40 075 km) çoxdur.
Baxış sayı:36
Bu xəbər 29 Avqust 2025 15:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















