Icma.az
close
up
RU
Kazan aeroportunda uçuşlar DAYANDIRILDI

Kazan aeroportunda uçuşlar DAYANDIRILDI

Kazan hava limanı müvəqqəti olaraq təyyarələri qəbul etmir və yola salmır.

Redaktor.az xəbər verir ki, bu barədə RBK-ya Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin nümayəndəsi Artyom Korenyako məlumat verib.

O bildirib ki, bu, mülki hava gəmilərinin uçuş təhlükəsizliyini təmin etmək məqsədilə tətbiq edilib: “Hava gəmilərinin ekipajları, aviasiya dispetçerləri və hava limanı xidmətləri uçuşların təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görürlər”.

Qeyd edək ki, bu gün səhər Rusiya Müdafiə Nazirliyi Tatarıstan səmasında vurulan pilotsuz uçuş aparatları ilə bağlı məlumat yayıb. Kazan meriyası dronların hücumu nəticəsində üç rayonda evlərdə yanğınların baş verdiyini açıqlayıb.

seeBaxış sayı:78
embedMənbə:https://redaktor.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri