Icma.az
close
up
RU
Keçən ömrün sorağında: Fatma Mehrəliyeva

Keçən ömrün sorağında: Fatma Mehrəliyeva

Icma.az, Kulis.az portalına istinadən məlumat yayır.

Bu gün xanəndə, Əməkdar artist Fatma Mehrəliyevanın doğum günüdür.

Kulis.az Savalan Fərəcovun "Keçən ömrün sorağında: Fatma Mehrəliyeva" yazısını təqdim edir.

İnsan o vaxt xatırlanır ki, özündən sonra bir yadigar, iz qoyub gedir. Fatma Mehrəliyeva (1926-2000) musiqi mədəniyyəti tariximizdə əsrlərcə yaşayacaq iz qoyub gedib. Həzin, məlahətli, bəzən də hiss və duyğuları tərpədən yanıqlı bir ahənglə musiqi aləmimizə özünəməxsus bir bənzərsizlik bəxş edib...
Fatma Yusif qızı Mehrəliyeva 1926-cı il iyunun 4-də Qubada anadan olub. Hələ orta məktəb illərində onun istedadlı bir gənc olması diqqətdən yayınmır. Xüsusilə nəğmə dərslərində məlahətli səsi sezilir. Onbir yaşında ikən bir musiqi festivalında iştirak etmək üçün onu Bakıya göndərirlər. O, festivalda “Qubanın ağ alması” xalq mahnısını ifa edir. Bu ifa dahi bəstəkar Üzeyir Hacıbəylinin diqqətini çəkir.

Üzeyir bəy ona atalıq qayğısı göstərir. Yaxşı musiqi təhsili almaq üçün şərait yaradır.

Fatma xanım 1940-cı ildə Azərbaycan Dövlət Filarmoniyasının nəzdində “Sazçı qızlar” ansamblında işə düzəlir. Geniş konsert salonlarında bir-birinin ardınca uğurlu çıxışlar edir.

1941-1945-ci illər Böyük Vətən müharibəsi Fatma xanımın həyatında da təsirsiz ötüşmür. O da, digər müğənnilər kimi, tez-tez cəbhə bölgələrində olur. Hərbçilər qarşısında maraqlı proqramla çıxışlar edir. Onlara öz səsi və mahnıları ilə mübarizə əzmi aşılayır. Onun cəbhə repertuarında Ü. Hacıbəylinin vətənpərvərlik mahnıları geniş yer tutub. Bəstəkarın Səməd Vurğunun sözlərinə bəstələdiyi “Şəfqət bacısı” mahnısının ilk ifaçısı da məhz F.Mehrəliyeva olub. Lakin həmin ifanın lent yazısı qalmayıb. O, müsahibələrinin bir çoxunda bunu təəssüflə qeyd edib.

Beləliklə, sənət yolunda uğurla addımlayan F. Mehrəliyeva muğam, xalq mahnı və təsniflərinin, eləcə də bəstəkar mahnılarının məharətli ifaçısı kimi şöhrət tapır. O, 1945-ci ildə Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında çəkilən “Arşın mal alan” filmində Telli rolunu da məharətlə ifa edir.

Fatma xanımın oxuduğu muğamlar arasında “Kəsmə şikəstə“nin məxsusi yeri var. Müğənni “Kəsmə şikəstə”də ömrünün nisgilli məqamlarını yaşayıb. Musiqinin həzin nəfəsi ilə həyatının acısını onu başa düşən insanlara çatdırmaq istəyib.

Onu da qeyd edək ki, Azərbaycan zərb muğamlarından olan “Kəsmə şikəstə”nin poetik mətni xalq bayatılarından ibarətdir. Dinləyicidə son dərəcə lirik hisslər oyadan musiqi cümlələri fasilələrlə səslənir. Başqa muğamlar kimi, professional musiqidə də istifadə olunub. Professor Ramiz Zöhrabov “Zərbi muğamlar” kitabında “Kəsmə şikəstə”ni məhz Fatma Mehrəliyevanın ifasında nota köçürüb.

Azərbaycan ifaçılıq sənətində adı hörmətlə çəkilən F.Mehrəliyevanın bizə qalan yadigarı da onun məlahətli səsini, özünəməxsus ifa tərzini əks etdirən lent yazılarıdır. Müğənninin ifasında lentə alınan “Qubanın ağ alması”, “Azərbaycan maralı”, “Ahu kimi”, “Qaragilə” və s. mahnılar musiqimizin “qızıl fondu”na daxildir.

"Qaraçı uşaq" kimi ad çıxaran, səsi ilə Xan Şuşinskini heyran qoyan Xalq artisti Ayrılığın da axı ağrılı sonrası var... - Sevinc Yunuslunun yeni şeirləri Türkiyəli aparıcı Reha Muhtar vəfat etdi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:146
embedMənbə:https://kulis.az
archiveBu xəbər 04 İyun 2026 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see380

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see376

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see348

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see310

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see256

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see250

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see230

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see218

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see211

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see205

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see205

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see204

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see179

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see169

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see168

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see167

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see166

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see166

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see166

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri