Keçidin yanından qaçaraq yolu keçən qadın piyadaya təlimçi iradını bildirdi VİDEO
Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Paytaxtın “Koroğlu” metrostansiyasının yaxınlığında qayda pozan piyada görüntülənib.
Xoşagəlməz halla bağlı sürücülük təlimçisi Arzu Babazadə Avtosfer.az-ın “Whatsapp” ünvanına videomaterial göndərib. Kadrlardan göründüyü kimi, qadın piyada yolu təyin olunmamış yerdən keçib. Bu vaxt təlimçi siqnal verərək ona bir neçə metr irəlidə olan piyada keçidindən keçməsini bildirib. Lakin piyada ona əhəmiyyət vermədən qaçaraq yolu keçib. Daha sonra o, qadından fərqli olaraq keçiddən istifadə edən piyadanı çəkərək az öncə qayda pozan qadına iradını bildirib: “Əlimlə işarə edirəm ki, keçid qarşıdadır, yenə də vecinə almadı. Bədbəxt hadisə baş verəndə də sürücü təqsirkar olur”.
Qeyd edək ki, sözügedən ərazidə piyadalae mütəmadi olaraq qayda pozurlar.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 01 Oktyabr 2025 15:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















