Icma.az
close
up
RU
Keçmiş arvadını döydü Gecə 2 də məni evə çağırıb...

Keçmiş arvadını döydü Gecə 2 də məni evə çağırıb...

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Yevlax rayonunda 1974-cü il təvəllüdlü Tacir ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı keçmiş həyat yoldaşı Nəzrinə (adlar şərtidir – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin avqustun 10-da Yevlax şəhəri, Yeni Yevlax küçəsində baş verib. Tacir keçmiş həyat yoldaşı Nəzrin ilə kirayə yaşadığı binanın həyətində mübahisə edib. 
Aralarında yaranmış mübahisə zamanı o, qəsdən qadını döyərək, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 
Tacirin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. Məhkəmədə ifadə verən Tacir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. 
O, ifadəsində göstərib ki, Nəzrin onun ikinci həyat yoldaşıdır, onlar 2024-cü ildə rəsmi şəkildə nikah bağlayaraq ailə qurublar:
“Lakin münasibətlərimiz əvvəldən olub. Mən onunla boşanmaq istəməmişəm. Nəzrin mənimlə barışmadığı üçün məhkəmə qərarı əsasında nikahlarımız pozulub. Mən həmişə Nəzrini çox istəmişəm, qayğısına qalmışam, maddi-mənəvi dəstək olmuşam. Mən ona heç bir xəsarət yetirməmişəm. Əksinə hadisə günü gecə saat 02:10-da Nəzrinin halı pisləşdiyi üçün mənə zəng edərək çağırıb. Gecədən səhərə kimi Nəzrin xəstə olması ilə bağlı ona baxmışam, onu xəstəxanaya aparmışam”. 
İbtidai istintaq zamanı ifadə verən təqsirləndirilən şəxs deyib ki, avqustun 10-da, gecə saat 02:10-da Nəzrin halı pisləşdiyi üçün onu çağırıb: “Mən Nəzrinin yanına gedəndə yenə əsəbiləşdim. Məni görən kimi üstümə hücum çəkdi, əl-qol atmağa başladı. Mən də Nəzrini özümdən kənarlaşdırmaq üçün kənara itələdim. Mən həmişə onu çox istəmişəm, qayğısına qalmışam, maddi-mənəvi dəstək olmuşam. Mən boşanmaq istəməmişəm. O, barışmadığı üçün məhkəmə qərarı əsasında nikahlarımız pozulub. Əməlimdən peşman olmuşam. Onunla barışmağa cəhd etmişəm. Lakin o, barışmayıb”.
Nəzrinin sözlərinə görə, Tacir ilə ər-arvad kimi bir müddət normal yaşasalar da, sonradan Tacir əsassız yerə münaqişə yaradaraq onu döyüb, şiddət göstərib, nalayiq söyüşlərlə təhqir edib: “Bu səbəbdən ayrıldıq, nikahımız Ağdam Rayon Məhkəməsinin 7 avqust 2025-ci il tarixli qərarı ilə pozuldu. Buna baxmayaraq, Tacir məndən əl çəkmir, hər dəfə yaşadığım yerə və işlədiyim yerə gələrək məni narahat edir, öldürməklə hədələyir, döyür. Bu barədə dəfələrlə Yevlax Rayon Polis Şöbəsinə müraciət etmişəm. Sonuncu dəfə hadisə baş verən günü, gecə saat 02:10-da yaşadığım evdə olan zaman Tacir gəldi. O, məni çağırmağa başladı. Tacirə getməsini bildirdim. Lakin o, getmədi. Mən qapını açmayanda binanın həyətində səs-küy salmağa və evə gələn qaz borusunu vurmağa başladı. Qonşular narahat olmasın deyə qapını açaraq həyətə çıxdım. Ona artıq boşandığımızı, heç bir əlaqəmizin qalmadığını bildirdim. Ondan getməsini tələb etdim. Həmin vaxt o, şillə ilə sifətimə və əlindəki mobil telefonla sol əlimin bilək nahiyəsinə vurdu. Mən Tacirin əlindən qaçaraq polis şöbəsinə getmək istəyəndə saçımdan tutaraq həyətdə olan oturacağa sürüdü, orada otuzdurdu. Mən  yenə Tacirin əlindən qaçmaq istəyəndə əli ilə bədənimin müxtəlif nahiyələrinə vuraraq məni döydü. Həmin vaxt qışqıraraq kömək istədim. Lakin o, yenə məni buraxmadı. Bir müddət sonra isə həmin yerə polis avtomobili gəldi. Bina sakinləri səsimi eşidərək Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verdilər. Bundan sonra polislər bizi Yevlax Rayon Polis Şöbəsinə gətirdilər. Orada Tacirin barəsində şikayət ərizəsi yazdım”. 
Yevlax Rayon Məhkəməsinin hökmü ilə Tacir 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxsə cəzaçəkmə müddəti ərzində hər gün axşam saat 22:00-dan növbəti gün səhər saat 07:00-a qədər yaşayış yerini tərk etməsi, bu müddətdə Yevlax rayonu ərazi hüdudlarını tərk etməsi qadağan olunub. 
Bundan başqa, ona elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək,  müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılıb. 
Fariz Məlikli
Demokrataz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 03 Mart 2026 12:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see328

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see322

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see321

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see305

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see304

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see287

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see287

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see283

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see270

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see249

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see240

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see235

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see234

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see234

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see227

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see224

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see202

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see201

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri