Icma.az
close
up
RU
Keçmiş deputat yeni və sabiq nazirləri ələ saldı: “Hesablaya bilməyiblər”

Keçmiş deputat yeni və sabiq nazirləri ələ saldı: “Hesablaya bilməyiblər”

Icma.az, Tribuna portalına istinadən məlumat verir.

Ötən günlərdə Riyaziyyat və Mexanika İnstitutunun direktoru, keçmiş təhsil naziri professor Misir Mərdanov azpolitika.info saytına müsahibə verib.

Tribunainfo.az xəbər verir ki, sabiq nazir hazırkı təhsil naziri Emin Əmrullayevlə münasibətlərindən, təhsilin vəziyyətindən və digər mövzulardan danışıb.

Qeyd edək ki, sözügedən müsahibə həm inciklik tonunda, həm də tərəflər arasında münasibətlərin yumuşalması fonu ilə müşahidə olunub.

Keçmiş deputat, təhsil üzrə ekspert Etibar Əliyev isə özünün sosial şəbəkə hesabında bununla bağlı fikirlərini paylaşıb. Daha dəqiq desək, hər iki naziri daha çox ələ salmağa çalışıb. O qeyd edib ki, Misir Mərdanovun müsahibəsində iki sual-cavab diqqətini çəkib. Həmin suallar isə “Riyaziyyat və Mexanika İnstitutu Elm və Təhsil Nazirliyinin tabeliyinə keçdikdən sonra keyfiyyət baxımından hansı dəyişikliklər olub?” və “Nazir Emin Əmrullayev bu günlərdə deyib ki, indiki problemlər 20 il əvvəl yol verilən nöqsanlarla bağlıdır. Söhbət elm və təhsildəki hansı nöqsanlardan gedir? Nazir 20 il əvvəlki neqativ hallar deyərkən, layiq olmayan şəxslərin elm, təhsil sahəsinə gətirilməsini, diplomların rüşvətlə verilməsini nəzərdə tutur”dan ibarət olub.

Etibar Əliyev qeyd edib ki, bu gün yaranmış imkanlardan səmərəli istifadə etməli, problemlərin həlli üzərində dayanmalıdırlar. “Yoxsa keçmişə dönüb kiminsə günahını axtarmaqla heç nəyə nail olmaq olmaz”.

Keçmiş deputat bunun ardından hər iki şəxsə yönəlik sarkazm dolu fikirlərini də qeyd edib. “Hörmətli Misir müəllim! Emin məllim bir dəfə də demişdi ki, təhsildə islahatlar 30 ildən sonra nəticə verir. Əmrullayevin elmi-statistik və analitik təhlillərinə görə sizin apardığınız islahatlar 2030-cu ildə öz bəhrəsini verməlidir. Sadəcə indiki nazir tələskənliyə yol verib  və kalkulyatorda hesablamayıb ki, hələ 30 ilin tamamına 5 il qalıb.

Emin məllimin apardığı islahatlar isə inşallah, 2050-ci ildə bəhrə verməlidir.

Məncə əsas məsələ əl-ələ verib işləməkdir. Axı təhsil konservativ sistemdir”.

Fərda Uğur

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 17 May 2025 10:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see277

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see215

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see200

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see189

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see179

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see166

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see153

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see153

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see153

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see150

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see148

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see146

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see145

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see142

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see140

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see139

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see134

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri