Keçmiş futbolçu və hakim: Əvvəllər kömək etdiyim insanlar indi mənə əl tutmurlar
Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Baku TV-nin "Arzunun vaxtı" verilişinin yeni buraxılışı yayımlanıb.
Proqramın budəfəki buraxılışının qəhrəmanı keçmiş futbolçu, hakim Akif Adıgözəlov olub.
Ömrünü futbola həsr edən 62 yaşlı Akif Adıgözəlov deyir ki, ciddi zədə aldıqdan sonra karyerasını yarımçıq qoyub:
"Ailə qurmadım, ölkələri gəzirdim. Qazancım yaxşı idi, ata evimi təmir etdirdim. Daha sonra yaşla əlaqədar hakimlikdən də çıxardılar, işsiz qaldım. Əvvəllər kömək etdiyim insanlar indi mənə əl tutmurlar".
Keçmiş futbolçu hazırda Sumqayıtda "parkovşik" kimi fəaliyyət göstərərək qazanc əldə etməyə çalışır.
"Tanıyanlar deyirlər ki, bura sənin yerin deyil. İdman sahəsində işləmək yaxşı idi. Bu iş yorucudur. Bütün gün ayaq üstə qalıram", - deyə sabiq hakim söyləyib.
Keçmiş futbolçu və hakim: "Əvvəllər kömək etdiyim insanlar indi mənə əl tutmurlar"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 27 Sentyabr 2025 01:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















