Icma.az
close
up
RU
Keçmiş hakim gəlinini və nəvələrini məhkəməyə verib

Keçmiş hakim gəlinini və nəvələrini məhkəməyə verib

Icma.az bildirir, Gununsesi portalına istinadən.

Uzun illər Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olmuş və bir sıra  hay-küylü proseslərə rəhbərliyi ilə məşhurlaşan hakim Əlövsət Abbasov keçmiş gəlininə və nəvələrinə qarşı məhkəmə iddiası qaldırıb.

Gununsesi.info-nun xəbərinə görə, Əlövsət Abbasov ötən il oğlu Rüfət Abbasovdan  boşanan gəlini  Vəfa Abasovanın və nəvələri Nərminlə Aylinin evindən qeydiyyatdan çıxarılması üçün məhkəməyə müraciət edib.

Məlumata görə, məhkəmə sabiq hakimin iddiasını qismən təmin edib.

Buna səbəb isə Nərminin ailəli olması və  başqa ünvanda yaşamasıdır. Bu səbəbdən yalnız onun qeydiyyatdan çıxarılmasına qərar verilib.

Lakin gəlinin qeydiyyatdan çıxarılmasıyla bağlı hissədə Əlövsəd Abasovun iddiası təmin edilməyib.

Xatırladaq ki, Əlövsəd Abbasov təqaüd yaşı çatandan sonra daha  5 il məhkəmə sistemində saxlanılıb. O, 70 yaşına qədər Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsində işləyib. Yalnız 2021-ci ildə təqaüdə göndərilib. O vaxtdan da Vəkillər Kollegiyasının üzvüdür və vəkil kimi fəaliyyət göstərir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olduğu 20 ildən artıq müddətdə o, bir çox qalmaqallı hökmlərə imza atıb:

Əlövsət Abbasov, 2015-ci ildə Nardaran hadisələrilə əlaqədar həbs olunan ilahiyyatçı Taleh Bağırzadəyə və tərəfdarlarının hökmü, Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlu Ruslan Aslanovun qətlinə görə həbs olunan Vüqar Əliyevə ömürlük cəza verilməsi (onun cəzası Prezidentin əfv sərəncamı ilə 25 illə əvəzlənib və azadlığa çıxmasına az qalıb), Azərbaycanın dövlət sərhədini qanunsuz keçməkdə, ərazi bütövlüyünü parçalamağa yönəlik çağırışlarda ittiham olunan Aleksandr Lapşinin işi, bir çox jurnalistlərin, aktivistlərin işi ilə bağlı hökmlərin müəllifidir.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:298
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 06 Yanvar 2025 17:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri