Icma.az
close
up
RU
Keçmiş məcburi köçkün 1 otaqlı mənzillə təmin olunub? Video

Keçmiş məcburi köçkün 1 otaqlı mənzillə təmin olunub? Video

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Dövlət Komitəsi Badara kəndində mənzillə bağlı yayılan iddialara aydınlıq gətirib.

Axar.az Unikal.az-a istinadla xəbər verir ki, son günlər sosial şəbəkələrdə Xocalı rayonunun Meşəli kəndindən məcburi köçkün düşmüş Rasim Papoy oğlu Vəliyevin qardaşı Məzahir Vəliyev tərəfindən Xocalı rayonunun Badara kəndində ailənin 3 otaqlı mənzil əvəzinə 1 otaqlı mənzillə təmin olunması barədə iddialar yayılıb.

Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bildirib ki, aparılmış araşdırma zamanı həmin iddiaların əsassız olduğu müəyyən edilib.

Araşdırma nəticəsində məlum olub ki, Rasim Papoy oğlu Vəliyev və ailə üzvləri əvvəllər Goranboy rayonunda yaşayış sahəsi ilə təmin olunublar. Daha sonra Böyük Qayıdış Proqramı çərçivəsində ailənin beş nəfərdən ibarət olması nəzərə alınaraq onlar Xocalı rayonunun Badara kəndində normativ tələblərə uyğun 3 otaqlı mənzillə təmin ediliblər.

Məsələ ilə bağlı Dövlət Komitəsinin əməkdaşları tərəfindən sözügedən mənzilə yerində baxış keçirilib. Baxış zamanı mənzilin 3 otaqdan ibarət olduğu və sosial şəbəkələrdə yayılan iddiaların həqiqəti əks etdirmədiyi müəyyən olunub.

Dövlət Komitəsi bir daha vurğulayıb ki, Böyük Qayıdış Proqramı çərçivəsində vətəndaşların yaşayış sahələri ailə tərkibi və qüvvədə olan normativ tələblər əsasında müəyyən edilir.

Komitə media nümayəndələrini və sosial şəbəkə istifadəçilərini bu kimi məsələlərlə bağlı məlumatları yayarkən yalnız rəsmi mənbələrə istinad etməyə və dəqiqləşdirilməmiş məlumatların yayılmasına yol verməməyə çağırır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:154
embedMənbə:https://axar.az
archiveBu xəbər 27 İyul 2026 14:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see345

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see284

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see282

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see282

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see274

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see267

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see260

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see258

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see255

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see244

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see242

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see241

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see240

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see239

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see233

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see227

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see227

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see217

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see214

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri