Icma.az
close
up
RU
KEÇMİŞ SƏFİRİN AVROPADA TOPDAĞITMAZ SƏRVƏTİ ÜZƏ ÇIXDI Şirkətlər, otellər, villalar, çirkli pullar... + FOTOLAR

KEÇMİŞ SƏFİRİN AVROPADA TOPDAĞITMAZ SƏRVƏTİ ÜZƏ ÇIXDI Şirkətlər, otellər, villalar, çirkli pullar... + FOTOLAR

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanın 2001-2007-ci illərdə Britaniyada, daha sonra isə Finlandiya və Norveçdə səfiri olmuş Rəfael İbrahimov seksual təzyiqdə ittiham olunur. Çester Krallıq Məhkəməsi onu 16 aylıq həbsə məhkum edilib. Ona həmçinin əlavə 2 il 20 günlük reabilitasiya tədbiri və 200 saatlıq maaşsız iş cəzası verilib. İbrahimovun adı bundan sonra 10 il müddətində seksual cinayətkarlar reyestrində yer alacaq.

Araşdırmaçı jurnalist Cavanşir Həsənli keçmiş səfir Rəfael İbrahimovun övladlarının Londondakıçoxmilyonluq əmlaklara necə sahib olduqlarını araşdırıb.

“AzPolitika” həmin araşdırmanı təqdim edir:

“Britaniya Şirkətlər Evində Azərbaycanın sabiq səfirinin övladlarının - Ayaz və Hanuşkanın adı bir neçə şirkətdə təsisçisi kimi qeyd olunur. Bəli, təəccüblənməyin, bizim sabiq səfirin qızının rəsmi adı Hanuşkadır. O, Sergey Toni adlı Monakoda oturum izni olan Rusiya əsilli şəxslə evləndikdən sonra Hanuşka Toni ad-soyadını daşıyır.

Sənədlərə görə keçmiş səfirin həyat yoldaşı Dinara İbrahimova, oğlu Ayaz İbrahimov, qızı Hanuşka Toni və kürəkəni Sergey Toni 2019-cu ilin martında THE VESTIARY LIMITED şirkətini təsis ediblər. 2020-ci ilin noyabrında şirkətin adı SELLIER LTD-yə dəyişdirilib. Fəaliyyəti dövründə sabiq səfirin ailə üzvləri gəlirsiz göstərsələr də onlar əmlak şirkətinə 2 milyon funt-sterlinq sərmayə qoyublar. Üstəlik, Hanuşka və anası Dinaranın Londonda çanta mağazası var. Dinara və Hanuşka hələ 2017-ci ildə Londonda brend saatlar və qızıl-brilyant satışı ilə məşğul olan WHYTE DIAMONDS LIMITED şirkətini təsis etsələr də 2 il sonra onu bağlayıblar.

Rəfael İbrahimov hələ Böyük Britaniyada səfir kimi fəaliyyət göstərdiyi 2004-cü ildə həyat yoldaşı Dinara İbrahimova Londonda Beynəlxal Bankın keçmiş prezidenti Cahangir Hacıyevin yaxın adamı Rüfət İmamverdiyevlə RIXON LIMITED-i təsis edib.

Rüfət İmamverdiyev vaxtilə Beynəlxalq Bankın London ofisinin rəhbəri olub. Cahangir Hacıyevin onun adına şəxsi kart açaraq bankdan 1 milyon funt sterlinq pul köçürdüyü və həmin pulları xərclədiyi, borcların İmamverdiyevin üzərində qaldığı, bu səbəbdən onun intihar etdiyi deyilir.

Sabiq səfirin oğlu Ayaz İbrahimov isə Antoni Georgi Eugene Foyle ilə 2016-cı ilin mayında təsis edilən “37 BOLTON GARDENS (FREEHOLD) LIMITED” adlı əmlak şirkətinin təsisçiləridir. Bu şirkət də faktiki gəlirsiz fəaliyyətdədir və Britaniyada çirkli pulların yuyulmasında iştirak etməsi şübhəsi doğurur.

Hanuşka ötən ilin martında Londonda daha bir şirkət- “JUICE MOMENT LTD”-ni təsis edib.Onun adı atasının məhkəməsi ərəfəsində, yəni ötən ilin oktyabrında ləğv edilmə prosesinə başlanılan LUXDECO LTD şirkətinin təsisçiləri sırasında da keçir. Şirkət Londondakı eyniadlı lüks mebel mağazasını idarə edib.

Keçmiş səfirin qızının adı Xanım İbrahimova olaraq Rutland Geyt 25-də hüquqi ünvanda qeydiyyatda olan və əri Sergey Toninin təsisçisi olduğu BRUNSWICK ROSE LIMITED şirkətində də keçir. Şirkətin aktivləri 2 milyon funt-sterlinqə çatır.


İbrahimov - Tonilər ailəsi Londonda lüks həyat sürürlər. Atası 2015-ci ildə Hanuşkaya ad günü münasibətilə "Aston Martin" markalı bahalı avtomobil alıb.

Dinara İbrahimovanın çanta kolleksiyasından cəmi 3 ədədinin qiyməti 122.000 avrodur.

Keçmiş səfir voronejli iş adamı, Rusiya Dəmiryolları Tikinti İdarəsinin direktor müavini olmuş Oleq Toninin qudasıdır. Onun kürəkəninin adına Parisdə mənzili, İspaniyanın Aralıq dənizi sahilində mülklər var. Əmlaklarının bir çoxu Lüksemburqda qeydiyyatdan keçmiş gizli şirkətlərə məxsusdur.

Ümumilikdə onun Avropada ən azı 50 milyon avro dəyərində daşınmaz əmlaka və digər aktivlərə sahib olduğu məlumdur. Bu siyahıya Paris yaxınlığındakı 19-cu əsrə aid neo-qotik saray, Luvr və Arc de Triomphe arasında mənzil, Parisdə iki villa, İspaniyanın Aralıq dənizi sahilində üç ev, üç mənzil, bir villa və torpaq, Almaniyada bir depo, İsveçrədə otel daxildir”.

Rasim Əliyev

“AzPolitika.info”




Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 15 Fevral 2025 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see212

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see203

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see190

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see180

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see173

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see163

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see142

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see142

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see141

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see140

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri