Icma.az
close
up
RU
Keçmiş sevgilisi Danlanı döyüb Fotolar

Keçmiş sevgilisi Danlanı döyüb Fotolar

Axsham.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türkiyəli məşhur fenomen Danla Bilic eks-sevgilisi Berk Çetin tərəfindən şiddətə məruz qalıb.

Axşam.az xəbər verir ki, bloger bununla bağlı özü məlumat yayıb. O bildirib ki, Berk dəfələrlə onu vurub, şiddət göstərib. Bloger bununla bağlı hüquq mühafizə orqanlarına müraciət etdiyini deyib:

"Münasibətimiz yanvarda bitdi. Həmin andan bəri keçmiş sevgilim Berk Çetin tərəfindən davamlı şəkildə təqib, istismar və təcavüzə məruz qalmışam.O, icazəsiz olaraq yaşayış yerimə yaxınlaşıb, evimə girməyə cəhd edib və müəyyən yollarla buna nail olub da. Hətta kuryer geyimində yaşadığım əraziyə daxil olub və fiziki sağlamlığıma zərər verəcək hərəkətlər edib. O, sürücümün idarə etdiyi avtomobili izləyib, sürücüm məni qorumaq istəyəndə ona fiziki təzyiq göstərib, təhdid mesajları göndərib, onun ev ünvanını tapıb, ora gedərək bir neçə dəfə onu hədələyib".

Danla əlavə edib ki, bundan sonra onunla bağlı uzaqlaşdırma qərarı aldırıb:

"Bu hədə-qorxu və təqiblər nəticəsində uzaqlaşdırma qərarının verilməsinə baxmayaraq, Çetin 5 dəfə qadağanı pozaraq üzvü olduğum Atçılıq İdman Klubunun daxilindəki restoranda mənə fiziki şiddət göstərib.

Bundan əlavə, o, harada olduğumu öyrənərək məni narahat etməyə davam edib və iş yerimə, sonra isə evimə gələrək ona qoyulan qadağanı yenidən pozub. Bundan sonra əlimdəki kamera görüntüləri ilə prokurorluğa müraciət etdim və vəkillərim vasitəsilə daha ciddi tədbirlərin görülməsini xahiş etdim.

Yenə aprelin 11-i üzvü olduğum idman klubunun restoranında təhlükəsizlik kameralarının qarşısında Berk Çetin tərəfindən açıq və sərt şəkildə yumruqlanaraq döyüldüm. Xəstəxanadan aldığım və şiddət gördüyümü təsdiq edən sənədlə yenidən prokurorluğa müraciət etdim. Hüquqi prosesin effektiv şəkildə aparılmasını və təhlükəsizliyimin təmin olunmasını gözləyirəm".

Bloger deyib ki, məsələni aylarla ictimailəşdirməyib:

"Aylarla susdum və heç bir suala cavab vermədim. Mən qanuni yolla, lazım olduğu kimi müdafiə olunmaq istəyirəm. Baş verənlərə daha dözə bilmirəm və başıma daha pis şeylərin gəlməsini istəmirəm".

Qeyd edək ki, Berk Çetin İstanbulda yaşayan jokeydir. Onun at yarışları ilə maraqlanan camiədə tanınmış sima olduğu, yarışlara qatıldığı bildirilir. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://axsam.az
archiveBu xəbər 12 Aprel 2025 12:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see309

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see307

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see259

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see256

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see252

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see237

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see233

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see232

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see224

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see215

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see213

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see207

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see205

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see200

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see198

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see198

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see195

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see188

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see186

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri