Keçmiş vəkil barədə məhkəmə qərarı: 6 ay elektron qolbaq taxacaq
Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Qalmaqallı keçmiş vəkil Sevil Hacıyeva (Sevil Balasoltan qızı Hacıyeva) barəsində Sumqayıt Apellyasiya Məhkəməsi yeni qərar çıxarıb.
NUH.az-ın əldə verdiyi məlumata görə, Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası 8 iyul 2025-ci ildə keçirilən iclasda Xaçmaz Rayon Məhkəməsinin 7 may 2025-ci il tarixli hökmündən verilmiş apellyasiya şikayətlərinə baxıb.
İclasda təqsirləndirilən şəxs Sevil Hacıyeva və zərərçəkmiş şəxslər iştirak ediblər. Məhkəmə, Hacıyevanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə zərərçəkmiş şəxsə qarşı törətdiyi əmələ görə təqsirli bilinməsinə qərar verib.
Qərara əsasən, Sevil Hacıyeva 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib və bu müddətdə elektron nəzarət qolbağı taxacaq. Hökmün digər hissələri dəyişdirilmədən qüvvədə saxlanılıb.
Xatırladaq ki, "Vəkillər Kollegiyası”nın İntizam Komissiyası tərəfindən aparılan araşdırmalar nəticəsində Sevil Hacıyevanın peşə fəaliyyətində pozuntular müəyyən edilmiş və 2020-ci ildə məhkəmə qərarı ilə onun vəkillik fəaliyyəti dayandırılmışdı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 11 Avqust 2025 16:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















