Icma.az
close
up
RU
Keçmişdə məktəbin və müəllimin nüfuzu indikindən dəfələrlə yüksək idi EKSPERT DANIŞDI

Keçmişdə məktəbin və müəllimin nüfuzu indikindən dəfələrlə yüksək idi EKSPERT DANIŞDI

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

"Son zamanlar orta ümumtəhsil sistemində bu kimi halların artmasına tez-tez şahid oluruq. Təbii ki, bundan əvvəl də ara-sıra və ya mütəmadi olaraq baş verirdi. Bu hallar müəyyən əraziyə, məktəbə və şəraitə görə fərqli intensivlikdə cərəyan edirdi". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti, STM əməkdaşı Elmin Nuri deyib.

Elmin Nuri sözlərinə belə davam edib: "Son dövrlərdə sosial şəbəkələrin daha aktiv hala gəlməsi, informasiyanın ictimailəşdirilməsi funksiyasının sürətlənməsi bu hadisələrin daha tez üzə çıxmasına və daha çox insana çatmasına səbəb olur. Bu isə, təbii ki, yolverilməzdir. Hətta bəzi hallarda düzəlməsi çətin nəticələrə gətirib çıxarır.

Bəzən bir məktəbdə müəllim tərəfindən qayda pozuntusu müşahidə edilir, digər məktəbdə isə şagird tərəfindən. Açıq şəkildə etiraf etməliyik ki, intizam pozuntuları əsasən şagirdlər tərəfindən edilir. Bu, müəyyən mənada gözlənilən haldır, çünki müəllim şagirdlə müqayisədə daha yetkin, təhsil görmüş, dünyagörüşlü və öz intizamına nəzarət edə bilən bir şəxsdir. Lakin təəssüf ki, bəzi hallarda müəllimlər tərəfindən də intizam pozuntuları baş verir. Şagirdlərə gəldikdə isə, xüsusilə çətin tərbiyə olunan uşaqlar məktəbdə və sinif daxilində pedaqoji işin təşkilinə ciddi mane olurlar.

Bu məsələlərə aydınlıq gətirmək üçün elə də böyük araşdırma aparmağa, kəşf edilən Amerikanı yenidən kəşf etməyə ehtiyac yoxdur. Keçmişlə müqayisəyə də ehtiyac görmürəm, çünki məlum məsələdir ki, keçmişdə məktəbin və müəllimin nüfuzu indikindən dəfələrlə yüksək idi. Bunun səbəblərinə toxunmaq istəmirəm. Çünki bu, nə mövzunun əsas hissəsinə aiddir, nə də ki, tamamilə başqa bir müzakirə tələb edən geniş bir mövzudur. Mənim fikrim bundan ibarətdir ki, yalnız və yalnız qanunvericilik və hüquqi yollarla bu problemləri azaltmaq mümkündür. Heç demirəm ki, tamamilə aradan qaldırmaq olar, amma müəyyən qədər qarşısını almaq mümkündür. Şagird davranış qaydaları və bununla paralel olaraq müəllimin etik davranış prinsipləri yalnız tövsiyə xarakterli və kağız üzərində qalmamalıdır. Onların tətbiq mexanizmi işləməlidir. Doğrudur, burada şəffaflıq və ədalət prinsipi qorunmalıdır.

Məsələn, bir neçə gün əvvəl Gəncə məktəbində baş verən bir hadisədə müəllimi dərhal işdən çıxardılar. Halbuki hər hansı qərar verməzdən əvvəl araşdırma aparılmalı, müəyyən tədqiqat işlərindən sonra qərar qəbul edilməlidir. Mən demirəm ki, məsələn, şagird müəllimin telefonunu sındırdı və ya başqa bir neqativ hadisə törətdi deyə, onu dərhal məktəbdən çıxarsınlar. Əlbəttə ki, araşdırma aparılmalıdır. Ancaq müəllimin telefonunu sındıran şagird mütləq cəzasını almalıdır. Bu, hadisənin görünən tərəfidir. Bəs görünməyən tərəfi nədir? Bunu da araşdırmaq lazımdır. Mən heç bir halda şagirdin belə bir hadisədə haqlı olduğunu düşünmürəm. Şagird öz hüquqlarını bildiyi kimi, öz vəzifələrini də bilməlidir. Bəzən, xüsusilə də bu yaş qrupunda olanlar, öz vəzifələrindən xəbərsiz olurlar, amma durub yalnız hüquqlarından danışırlar. Mən də həmin fotoşəkili görmüşəm, həmin paylaşımları izləmişəm. İnsana qəribə gəlir ki, ən sadə əxlaqi normalara əməl etməyi bacarmayan şagirdlər hüquqlarından danışırlar.

Açığını deyim, mən sevinc hissi keçirirəm ki, gənc nəsil artıq erkən yaşlarından öz hüquqlarını tanıyır və onları tələb edir. Bu, yaxşı haldır. Amma sən ən elementar intizam qaydasını bilməyərək, müəllimdən acıq çıxmaq adına , onun telefonunu sındırıb sonra da öz hüquqlarından danışanda bu, inandırıcı və məntiqli görünmür. Buna yol vermək olmaz. Davranış qaydaları, etik normalar mütləq tətbiq olunmalıdır. Üstəlik, sərt şəkildə həyata keçirilməlidir".

Ayşən Vəli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://sia.az
archiveBu xəbər 25 Fevral 2025 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see256

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see243

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see178

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see156

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see143

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see138

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see137

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see135

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see130

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see129

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see129

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see126

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see125

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see125

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see125

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see124

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see124

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri