Icma.az
close
up
RU
Məşhur bloqer Albert İsakov: Mən erməni təbliğatının yalanlarına səssiz qala bilmərəm

Məşhur bloqer Albert İsakov: Mən erməni təbliğatının yalanlarına səssiz qala bilmərəm

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

1990-cı il yanvarın 20-də Bakıda baş vermiş faciəli hadisələrin şahidi olan məşhur videobloqer Albert İsakov Ermənistan-Azərbaycan münaqişəsinin onun həyatını məhv etdiyini və bloqunun yaradılmasına səbəb olduğunu etiraf edib.

Oxu.Az xəbər verir ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin Bakıda təşkil etdiyi tədbirdə İsakov Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı fikirlərini bölüşüb.

"Bu münaqişədən əziyyət çəkməyən insan yoxdur. Mən, demək olar ki, şahidi olduğum 20 Yanvar hadisələrindən sonra 1990-cı ildə Bakını tərk edərək, bir neçə onilliklər ərzində Cənubi Qafqaz kontekstindən kənarda yaşadım. 2002-ci ildə Ermənistandan Kanadaya köçdüm. Amma 2020-ci ildə baş vermiş 44 günlük müharibə, xüsusən də Ermənistanın təbliğat-təşviqatı və erməni cəmiyyətinin müharibə zamanı və müharibədən sonra bəsləndiyi yalanlar mənim yaddaşımı tərpətdi", - o bildirib.

Erməni dilini bilən bloqer bu yalanları görəndə daha səssiz qala bilməyəcəyini etiraf edib. O, bloqunda yaşadıqları barədə bəhs etdiyi videolar yerləşdirməyə və keçmiş hadisələri şərh etməyə başlayıb. Videolara verilən reaksiya göstərib ki, bu mövzu insanlara maraqlıdır və İsakov işini davam etdirib.

"Bu gün gələcək haqqında danışarkən, keçmişə gözlərinizi yuma bilərsiniz, onu xatırlamaya bilərsiniz, çünki keçmişdə müsbət cəhətlər azdır. Digər tərəfdən, bunu öz reallığımıza, birbaşa bizimlə bağlı olanlarla əlaqələndirmədən necə irəliyə, sülhə doğru gedə bilərik? Mən Kanadada yaşayıram, amma mental olaraq özümü Qarabağ reallığı ilə əlaqələndirirəm", - bloqer fikirlərini bildirib.

Albert İsakov özünün "YouTube" kanalında Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın 1993-cü il iyulun 23-də, Azərbaycanın Ağdam şəhərinin işğalı günündə "Yerkrapa" terror təşkilatının üzvləri ilə görüşdə çıxışının videosunu yerləşdirən videobloqerdir.

Kadrlarda Ter-Petrosyan açıq şəkildə etiraf edib ki, Ermənistanın Zəngəzur əhalisinin əksəriyyətini təşkil edən azərbaycanlılardan "təmizlənməsi" erməni milli hərəkatı və onun hərbi qanadı olan "Yerkrapa" dəstələri sayəsində baş verib.

"Bu problemin həlli hədiyyə olaraq göydən düşməyib, çünki bu problemi hərəkətimiz həll edib", - Ter-Petrosyan öz nitqində vurğulayıb.

Bununla da, Ermənistanın birinci prezidenti Ter-Petrosyan özünün rəhbərlik etdiyi erməni milli hərəkatının əvvəlcədən planlaşdırılmış və məqsədyönlü şəkildə həyata keçirdiyi əməliyyat kimi hələ 32 il əvvəl azərbaycanlılara qarşı etnik soyqırımı törətdiyini etiraf edib.

Daha çox fotolar burada baxa bilərsiniz: PhotoStock.Az.

Rufina Abdullayeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://oxu.az
archiveBu xəbər 22 Aprel 2025 14:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see331

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see312

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see304

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see293

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see291

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see286

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see283

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see282

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see257

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see238

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see237

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see236

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see232

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see231

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see225

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see222

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see221

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see220

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri