Icma.az
close
up
RU
Menu

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

“Eyni tempdə davam edirik” Rui Jorje

İraola: “Belə bir şey baş verməməlidir”

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

Kəlağayı el sənətinin tarixi və milli dəyəri AMEA da elmi sessiya

Kəlağayı el sənətinin tarixi və milli dəyəri AMEA da elmi sessiya

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 7 oktyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin binasında xalqımızın el sənətinə həsr edilmiş “Kəlağayım millidir, butalıdır, güllüdür” adlı elmi sessiya keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli çıxış edərək kəlağayı sənətinin Azərbaycan xalqının maddi və mənəvi mədəniyyətində xüsusi yer tutduğunu vurğulayıb. Qeyd edib ki, kəlağayı xalqımızın milli-mənəvi dəyərlərini, milli kimlik kodunu, estetik zövqünü və tarixi yaddaşını özündə yaşadan mühüm mədəni irs nümunəsidir.

Akademik İsa Həbibbəyli bildirib ki, folklorçular, etnoqraflar və ədəbiyyatşünaslar kəlağayı el sənətinin tarixi ənənələrini və sənət sahəsini araşdırmalıdırlar.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bilavasitə təşəbbüsü və dəstəyi ilə Azərbaycan kəlağayı sənətinin 2014-cü il noyabrın 26-da UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edildiyini vurğulayan akademik bu addımın xalqımızın milli-mənəvi dəyərlərinə dövlət dəstəyinin ifadəsi olduğunu nəzərə çatdırıb.

Sonra “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri, Kəlağayı Ev-Muzeyinin direktoru Güllü Eldar Tomarlı çıxış edərək kəlağayının təbliği istiqamətində həyata keçirilən layihələrdən danışıb. Kəlağayı Ev-Muzeyində Göyçə, Zəngəzur, Qazax, Ağdam və Basqala aid, yaşı 100-200 il arasında olan nadir nümunələrin nümayiş etdirildiyini söyləyən Güllü Eldar Tomarlı onların xalqımızın keçmişi və mədəniyyəti haqqında mühüm məlumatları daşıdığını vurğulayıb.

O, 2022-ci ildə “Azərbaycan kəlağayısı: milli irs, yadigar” layihəsi çərçivəsində Basqalda bu el sənətinin hazırlanma prosesinin araşdırıldığını bildirib, kəlağayıdakı buta, gül və digər naxışların Azərbaycan xalqının bədii təfəkkürünün ifadəsi olduğunu diqqətə çatdırıb.

Elmi sessiyada AMEA Folklor İnstitutunun elmi işlər üzrə direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Afaq Ramazanova “Azərbaycan milli-mədəni yaddaşında kəlağayının poetik ifadəsi”, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi filologiya elmləri doktoru, dosent Esmira Fuad “Azərbaycan ədəbiyyatında kəlağayının təcəssümü”, Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru, dosent Könül Əsədli “Kəlağayı rənglərinin dili və simvolları” mövzularında məruzələrlə çıxış ediblər.

Daha sonra tədbir çərçivəsində təşkil olunan kəlağayı sərgisinə baxış keçirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:105
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Oktyabr 2026 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see342

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see313

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see276

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see264

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see260

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see250

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see248

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see246

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see243

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see239

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see235

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see234

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see228

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see223

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see219

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see219

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see219

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see209

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see202

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri