Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Kəlağayi Günü münasibəti ilə sərgi və konsert tədbiri keçirilib

Kəlağayi Günü münasibəti ilə sərgi və konsert tədbiri keçirilib

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

26 noyabr – Kəlağayı Günü münasibətilə 2025-ci ildə Mədəniyyət Nazirliyinin dəstəyi, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi və “Kəlağayı Ev muzeyi”nin təşkilatçılığı ilə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında möhtəşəm “Kəlağayı Bayramı” keçirilib. Tədbirin əsas məqsədi kəlağayının Azərbaycan mədəniyyətindəki yerini, milli kimlik və zəriflik simvolu kimi əhəmiyyətini geniş ictimaiyyətə təqdim etmək olub.

Bayram proqramı “Kəlağayı Ev Muzeyi”nin qədim və müasir kəlağayı nümunələrindən, Güllü Eldar Tomarlının əl işlərindən, rəssam Gülnarə Məmmədovanın rəsm əsərlərindən,  keçmişdən bu günə yol gələn milli dəyərlərimz- sandıq, səhəng, cəhrə, nəhrə ikimi məişət əşyalarının sərgisi ilə açılıb. Sərgidə həm ənənəvi ipəkçilik məktəbinə aid nümunələr, həm də müasir kəlağayı sənətinin yeni üslubları nümayiş olunub. Sərgidə toxuculuq ənənəsinin canlı nümayişi – cəhrə vasitəsilə yun, pambıq və ipək liflərin burularaq ipə çevrilməsiafıar tamaşaçılar tərəfindən böyük maraqla izlənildi. Bu təqdimat xalq sənətinin unudulmaqda olan incəliklərinin yenidən yaddaşlara qaytarılması baxımından xüsusi önəm daşıyırdı.

 Güllü Eldar Tomarlının "Kəlağayı Bayramı" və Brilyant Atəşin "Keçmişdən gələn yol" kəlağayı kitablarının təqdimatı keçirilib

Rəsmi hissə Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri və Kəlağayı Ev Muzeyinin direktoru Güllü Eldar Tomarlının çıxışı ilə başlayıb. Güllü Eldar Tomarlı çıxışında milli-mədəni irsimizin təbliğindən geniş söz açıb, ilin müxtəlif dövrlərində məclisin təşkilatçılığı ilə ölkənin bir çox rayonunda, eləcə də ölkə xaricində keçirilən tədbirlər, sərgilər və festivallar haqqında məlumat verib. O, kəlağayının UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilməsinin bu sənətin beynəlxalq səviyyədə tanıdılmasına böyük töhfə verdiyini qeyd edib.

Tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Azərbaycan Reapublikası Mədəniyyət Nazirliyinin Mygrant layihəsinin koordinatoru Heydər Mirzəyev, Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov nitq söyləyərək kəlağayının milli-mənəvi dəyərlərimizin mühüm tərkib hissəsi olduğunu vurğulayıblar.

Xətai Rayon Ağsaqqallar Şurasının sədri, şəhid mayor Rüfət Əsgərovun atası Mürvət Əsgərov, şəhid Rəşad Quliyevin anası Mətanət xanım, itgin şəhid İsmayıl İsmayılovun bacısı, şair Lalə İsmayıl, qazi Taleh Əliyev qeyd etdilər ki, milli dəyərlərimizin və mədəniyyətimizin bir qolunu təşkil edən ismət örpəyi

kəlağayımızın  təbliğatı,  təqdimatı istehsalına, istifadəsinə yollar açır. Bu da mədəniyyətimizin inkişafı və adət- ənənəmizin yaşamasıdır.

Konsert proqramı zəngin bədii çıxışlarla davam edib. Əməkdar mədəniyyət işçisi, aşıq və müğənni Solmaz Kosayeva, Gürcüstanın “Şərəf” ordenli şairi, Sazın, sözün Burası təşkilatının sədri  Səadət Buta, 316 saylı uşaq bağçasının “Tarixin ipək ətri” kompozisiyası, Aərbaycan Televiziyasının əməkdaşları, ifaçı Xanım Paşazadə, qiraət ustaları Seymur Novruzov və Fəridə İsmayılova öz çıxışları ilə tədbirə rəng qatıb.

Gecədə xalq artisti Gülyaz Məmmədova, “İrəvan” xalq çalğı alətləri ansamblının bədii rəhbəri, professor Maya Qafarovanın rəhbərliyi ilə “Dedim” və “İrəvan” mahnıları xanəndələr Rəşad İdrisoğlu, Rəvanə Vəliyeva, eləcə də ansamblın solistləri Elşad Həsənov və Türkanə Baxışova çıxış ediblər. Tədbirdə həmçinin bəstəkar-müğənni Arif Mehmandost, aşıqlar Gözəl Kəlbəcərli, Məhsəti Cabbarova, Rəvanə Lerikli, Nazənin Lerikli, Nənə Qızlar ansamblı, "Çeşmə" folklor qrupunun üzvü aşıq Xədicə, 225 saylı məktəbin direktoru,  yazıçı-publisist Zenfira Nusalova və yaratdığı "Kiçik Akademiya" nın üzvləri  kəlağayıya həsr olunmuş şeirlər söyləyiblər. Gənc xanəndə Yusif Hüseynli, aşıq Xanım Göyçəli öz ifaları ilə bayram ab-havasını daha da zənginləşdiriblər.

Tədbir Azərbaycan qadınının zəriflik və mənəvi güc rəmzi olan kəlağayının təntənəsi kimi yadda qalıb və ölkəmizin qədim ipəkçilik irsinin gələcək nəsillərə çatdırılmasına mühüm töhfə verib.

Sonda Güllü Eldar Tomarll qeyd edib ki, məqsədimiz "Kəlağayı Bayramı" nın Azərbaycanın hər bölgəsində, mədəniyyət və təhsil ocaqlarında milli bayram kimi keçirilməsinə  nail olmaqdır.

Güllü Eldar Tomarlı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrına, Xətai Rayon İcra Hakimiyyətinə , Xətai Sənət Mərkəzinə və tamaşaçılara təşəkkürünü bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 Noyabr 2025 09:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see623

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see291

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see284

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see273

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see266

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see246

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see243

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see239

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see234

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see225

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see224

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see212

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see201

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see200

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see200

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see199

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see191

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see181

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see180

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri