Icma.az
close
up
RU
Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının 2025 ci ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı həsr hesabat yığıncağı keçirilib

Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının 2025 ci ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı həsr hesabat yığıncağı keçirilib

Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının 2025-ci ilin sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.

22 yanvar 2026-cı il tarixdə, Kəlbəcər rayon Mədəniyyət sarayında 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2026-cı ildə qarşıda duran vəzifələrə dair Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının hesabat yığıncağı keçirilib.
Tədbirdə Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Ziya Məmmədov, Milli Məclisin deputatı Mircəlil Qasımlı, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisə rəhbərləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazilər və rayon sakinləri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Kəlbəcər Rayon İcra Hakimiyyətinin inzibati binasında Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Daha sonra Kəlbəcər Rayon Mədəniyyət sarayının foyesində sərgiyə baxış keçirilib.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Hesabat yığıncağında məruzə ilə çıxış edən Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev 2025-ci il ərzində rayonun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər, əhalinin məşğulluğu, sosial rifahın yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. O, həmçinin 2026-cı ildə qarşıda duran əsas vəzifələri diqqətə çatdırıb.
Xalqımızın mədəni irsinin qorunub saxlanmasına və təbliğ olunmasına xüsusi diqqət və qayğı ilə yanaşan Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya bütün kəlbəcərlilər adından təşəkkür edib.
Hesabat yığıncağında çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Ziya Məmmədov, Milli Məclisin deputatı Mircəlil Qasımlı, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcər rayon Polis şöbəsinin rəis müavini, polis mayoru Ariz Bəhmənli, Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Anar Əliyevin atası Vaqif Əliyev, Milli Qəhrəman, şəhid Hökumə Əliyevanın atası rayonun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər, əhalinin məşğulluğu, sosial rifahın yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirləri yüksək qiymətləndirərək, əldə olunan nailiyyətlərin Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasətinin nəticəsi olduğunu vurğulayıblar.
Hesabatın yekunu ilə bağlı qarşıda duran vəzifələrə dair hazırlanmış Qərar Layihəsini Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Aparatının Sənəd Dövriyyəsi, Vətəndaş Müraciətləri və İnzibati İşlər Şöbəsinin müdiri Xanoğlan Əhmədov oxuyub. Hesbat yığıncağı iştırakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciəti, Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi Hikmət Bağırov səsləndirib.
Daha sonra xidməti sahələri üzrə uzun müddət səmərəli fəaliyyət göstərən və rayonun ictimai-siyasi həyatında fərqlənən 7 nəfər Kəlbəcər Rayon İcra Hakimiyyətinin “Fəxri Fərmanı” ilə təltif edilib.
Sonda bildirilib ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Kəlbəcər rayonu bundan sonra da davamlı inkişaf edəcək və qarşıya qoyulan vəzifələr uğurla icra olunacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:71
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 23 Yanvar 2026 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see280

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see234

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see212

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see204

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see183

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see176

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see175

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see164

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see163

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see147

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see146

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see146

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see143

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri