Kəlbəcər Şəhər Günündən geri qalan GÖRÜNTÜLƏR
Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2023-cü il tarixli Sərəncamına uyğun olaraq hər il 25 noyabr Kəlbəcər Şəhəri Günü kimi qeyd olunur.
Modern.az xəbər verir ki, işğaldan azad edildikdən sonra ilk dəfə Şəhər Günü Kəlbəcər şəhərində baş tutub. Tədbir məkanı dağların ətəyində formalaşan yeni şəhərsalma mühiti ilə yanaşı, bölgənin mədəni və sosial potensialını əks etdirən müxtəlif stendlərlə zənginləşdirilib.
Ziyarətçilərə Kəlbəcər balı, xalçaçılıq nümunələri, aşıq sənəti üzrə təqdimatlar nümayiş olunub. Bununla yanaşı, Kəlbəcər şəhər 1 saylı tam orta məktəbin şagirdlərinin çəkdiyi rəsmlər, həmçinin Birinci Qarabağ müharibəsindən əvvəl, müharibə illərində və Zəfərdən sonrakı mərhələyə aid fotoşəkillər sərgilənib.
Gün çərçivəsində bayram konserti təşkil olunub və axşam saatlarında atəşfəşanlıqla yekunlaşdırılıb.
Tədbir Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyinin, Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilib.
Baxış sayı:57
Bu xəbər 28 Noyabr 2025 12:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















