Icma.az
close
up
RU
Kəlbəcərdə “gəl, becər” dönəmi bal kimi rayon düşməndən necə alınmışdı...

Kəlbəcərdə “gəl, becər” dönəmi bal kimi rayon düşməndən necə alınmışdı...

Icma.az bildirir, Turkstan.az portalına istinadən.

Beş il öncə, noyabrın 9-dan 10-na keçən gecə, II Qarabağ müharibəsinin 44-cü günündə hərbi əməliyyatların dayandırılması, atəşkəsə dair Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli bəyanat imzalanması ölkəmizdə çoxlarını sevindirsə də, fürsət yaranmışkən Qarabağdakı erməni separatizminə birdəfəlik son qoyulmasını umanları məyis etmişdi.

Çünki qələbə yaxındaydı. Şuşanın 28 ildən sonra düşmən tapdağından azad edilməsinin ardınca Xankəndi ovuc içindəki hədəf halına gəlmişdi və bu şəhərə doluşmuş Ermənistan hərbçilərinin effektiv müqavimət göstərmək əmsalı sıfırın üstündəydi. Şuşadan sonra ətraf ərazidəki düşmən mövqeləri ilməsi qaçmış corab kimi sökülə-sökülə gedəcəkdi.

Ona görə də müharibənin qəfildən dayandırlması sanki əsas işimizin yarımçıq qalması kimi təsbit olundu. Bunun üzərində əks-təbliğat aparanlar da oldu.

İşin içində olanlar isə bilirdilər ki, məsələ heç də üzdə görünən və arzulanan kimi deyil.

Birincisi, Rusiyanın prezidenti Vladimir Putin ortaya şəxsi iradə qoymuşdu, onunla cəngə çıxmaq hərb meydanındakı güc nisbətini dəyişə bilərdi.

İkincisi isə işğal altında olan böyük ərazilərin effektiv döyüş əməliyyatları aparmaq baxımından əlverişsiz olmasaydı. Bir imza ilə o boyda torpaqları almaq varkən, riskə getmək avantüra olardı.

Bu günlərdə Kəlbəcərdə olan Prezident İlham Əliyev həmin tarixi dönəmdən bəhs edərək, 2020-ci il noyabrın 10-da müharibənin dayandırılmasının ən düzgün addım olduğunu deyib və bəzi detalları açıqlayıb.

Prezident deyib: “Kəlbəcəri 2020-ci ilin sonunda, - artıq qış başlamışdı, - hərbi yolla azad etmək böyük itkilərlə nəticələnərdi. Təbii ki, biz azad edəcəkdik. Çünki Ermənistan ordusunu biz o vaxt, demək olar ki, məhv etmişdik. Ancaq onların güclü istehkamları var idi. O vaxt Ağdərə rayonu bizim nəzarətimizdə deyildi. Yeganə istiqamət Murov istiqamətindən idi və yenə də deyirəm, biz böyük itkilər verə bilərdik. Ona görə tarix bir daha göstərdi ki, 2020-ci il noyabrın 10-da müharibənin dayandırılması ən düzgün addım idi”.

Noyabrın 10-da hərbi əməliyyatlar dayandırıldı, amma torpaqların işğaldan azad edilməsi prosesi davam etdi. Bu, fenomenal nailiyyət idi.

Erməni hərbçilər əvvəlcə Ağdamdan çıxıb rayonun xarabalıqlarını təhvil verdilər. Bu hadisə, bəyanata uyğun olaraq, noyabrın 20-də baş verdi.

Noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verildi. Kəlbəcər şəhəri də daxil olmaqla, 147 yaşayış məntəqəsi işğaldan azad edildi.

Dekabrın 1-də isə erməni hərbçilər Laçın rayonunu tərk edərək, rayonu Azərbaycana qaytardılar.

Bununla da 20 günün içində 3 böyük rayon işğaldan azad olundu və bu zaman Azərbaycan heç bir itki vermədi, heç bir əziyyətə qatlaşmadı.

Müharibə davam etsəydi, Laçını və Kəlbəcəri nəinki 20 günə, bəlkə heç iki aya da azad etmək mümkün olmayacaqdı. Çünki çətin relyefi olan bu rayonların hər qayasının, dar dağ keçidlərinin təbii istehkam olduğu bir şəraitdə böyük hissəsi məhv edilmiş Ermənistan ordusunun qalıqları orada az qüvvə ilə ciddi müqavimət göstərəcəkdilər (niyyətləri məhz belə imiş), artıq 3 min şəhid vermiş Azərbaycan ordusu tam qələbə qazanmaq, ərazi bütövlüyünü tam bərpa etmək üçün bir o qədər də itki verməli olacaqdı.

Başqa yol yox idi.

Əslində Azərbaycan ordusunun Ağdamı da düşməndən hərbi yolla geri alması asan olmayacaqdı. Çünki Ermənistan 27 il boyunca bu istiqamətdə güclü istehkamlar qurmuş, hərbi texnikanın və piyadaların qarşısını almaq üçün Ağdam torpaqlarını “mina bostanı”na döndərmişdi. Kim bilir, bu düzəngahda və gen dərələrdə nə qədər əsgərimiz həlak olacaq, yaralanacaqdı.

Ona görə də bu üç rayonun döyüşsüz, itkisiz geri alınması böyük tarixi nailiyyət idi. Füzuli, Cəbrayıl, Zəngilan uğrunda gedən döyüşlərdə qanlarını tökmüş hərbçilərimiz bu biri rayonlarımızın azadlığını da təmin etmişdilər.

Sonrası daha yaxşı oldu. 3 ilə qalmadı, Qarabağın düzən hissəsinin ardınca dağlıq hissəsi də Ermənistan hərbçilərinin işğalından qurtarıldı. Bu dəfə isə hərbi əməliyyatlar nəinki 44 gün, heç 4 gün də çəkmədi. Hər şey bir sutkanın içində həll oldu. 2023-cü il sentyabrın 19-da başlayan xüsusi hərbi əməliyyat ayın 20-də öz əsas hədəfinə çatdı - ölkəmizin suverenliyini tam bərpa olundu.

Prezident İlham Əliyev həmin tarixi hadisəni Kəlbəcərdəki görüşdə bu cür xatırlayıb: “2020-ci ilin noyabrından 2023-cü ilin sentyabrına qədər önəmli strateji nöqtələrin götürülməsi, “Fərrux”, “Qırxqız”, “Sarıbaba” əməliyyatları - bütün bunlar şanlı tariximizdir və bütün bunlar məqsədyönlü siyasətimizin bir hissəsi idi. Təbii ki, o vaxt biz bir çox şeyləri dilə gətirmirdik, buna ehtiyac da yox idi. Ancaq hədəfə doğru gedirdik ki, bizim torpağımızda bir dənə də olsun separatçı qalmamalıdır. Separatizmin başı əzilməlidir, kökü kəsilməlidir və bunu da etdik. Cəmi bir neçə saat davam edən antiterror əməliyyatı nəticəsində separatçı xunta kapitulyasiya aktına imza atdı. Öz saxta dırnaqarası respublikasının guya süquta uğramasını əks etdirən sənəd imzaladı”.

İndi Kəlbəcərdə “gəl, becər” dönəmi başlayıb. Ölkənin müxtəlif yerlərindən kəlbəcərlilər doğma yurd-yuvalarına dönür, dövlət tərəfindən tikilmiş evlərində məskən salır, qurub-yaradırlar. Artıq Kəlbəcər deyiləndə adamın yadına yaşıl yaylaqlar, “İstisu”, süzülən bal, əsrarəngiz təbiət, məskunlaşan insanlar gəllir. /Musavat.com/

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:206
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 22 Avqust 2025 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see362

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see348

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see340

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see334

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see333

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see304

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see299

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see291

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see270

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see266

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see243

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see241

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see224

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see215

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see205

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see204

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see198

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see198

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see194

Второй день мероприятий OBS Global в ОАЭ

25 Oktyabr 2026 00:17see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri