Kəlbəcərdə helikopter qəzasında həlak olan 8 azyaşlının xatirəsi anılıb
Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
1989-cu il iyulun 14-də Kəlbəcər şəhərində baş vermiş faciə rayonun yaddaşında silinməz iz buraxan ağır hadisələrdən biridir. Həmin gün Kəlbəcər şəhər stadionuna enən hərbi helikopter havaya qalxarkən qəzaya uğrayıb. Nəticədə helikopterin rotor pərləri stadionun yaxınlığında olan uşaqlara dəyib və səkkiz azyaşlı faciəvi şəkildə həlak olub. Hadisə Kəlbəcərin ən ağrılı səhifələrindən biri kimi tarixə düşüb.
Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən XQ -yə bildirilib ki, bu gün həmin faciənin növbəti ildönümü ilə əlaqədar həlak olan uşaqların xatirəsi ehtiramla yad edilib. Faciə qurbanlarının valideynləri və yaxınları ilə yanaşı, Kəlbəcər şəhər 1 nömrəli tam orta məktəbin müəllimləri də onların məzarlarını ziyarət edərək, əziz xatirələrinə ehtiramlarını bildiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:168
Bu xəbər 14 İyul 2026 15:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















