Icma.az
close
up
RU
Kəlbəcərin qaytarılması Azərbaycanın möhtəşəm tarixi qələbəsinin təsdiqi idi Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Kəlbəcərin qaytarılması Azərbaycanın möhtəşəm tarixi qələbəsinin təsdiqi idi Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Icma.az, Azxeber.com saytına istinadən bildirir.

Yüksək dağ zirvələri ilə əhatə olunmuş, zəngin fauna və florası, faydalı qazıntıları, otuz mindən artıq bulağı olan qədim qala və məbədlərlə tarixi yaşadan Kəlbəcər rayonu təbiətin muzeyi, vətənimizin əsrarəngiz diyarıdır. 

Kəlbəcər Azərbaycanın yüksək dağlıq rayonlarından biridir. Rayonda əsasən dağ-çəmən və qonur dağ-meşə torpaqları yayılmışdır. 1138-ci ildə güclü zəlzələ zamanı yerin qabarması,  çatlaması nəticəsində əmələ gələn İstisu mineral bulaqları öz kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə dünyada yek və nadir hesab olunur.

Kəlbəcər rayonu özünün  filiz və qeyri-filiz  faydalı qazıntıları o cümlədən qızıl, xrom yataqları ilə zəngindir. Bundan əlavə sənaye əhəmiyyətli ehtiyatlar, onlardan istismar olunan 200 tondan çox civə, tuf, gil, perlit və digər yataqlar mövcuddur. 

Arxeoloji araşdırmalar zamanı burada yerləşən Zar mağarasının  Üst  paleolit, Qoçdaş abidəsinin Orta tunc dövrünə aid olması aşkar olunmuşdur. Qaragöl və Zalxa göllərinin sahillərində təsvirlərin çoxu Tunc dövrünün başlanğıcına (e.ə. 3-cü minillik) aid olan qayaüstü rəsmlər, qədim yaşayış yerləri, Alban xristian məbədləri, qalalar vəs. dövlət qeydiyyatına alınmışdır. Kəlbəcər rayonundakı Xudavəng və Gəncəsər monastr kompleksləri təkcə Azərbaycanın deyil, bütün Qafqazın xristian memarlığının şah əsərlərindən hesab edilir. Kəlbəcər dağlarında qalan müdafiə tikililərin ən monumentalı isə XIII-XIV yüzilliyə aid  Lev qalasıdır. 

Azərbaycan ərazisində ulu əcdadlarımız tərəfindən əsrlər boyu yaradılan tarixi-mədəni abidələrin hamısı bizim milli yaddaşımızın tərkib hissəsidir. Bu ulu insan məskəninin istər daş-qayası, istər torpağı, suyu, istərsə də havası loğmandır.

Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. İşğal nəticəsində rayonun 53 min nəfərdən çox əhalisi öz dədə-baba yurdundan didərgin düşüb. 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb.

Kəlbəcərin işğalından sonra BMT-nin Təhlükəsizlik Şurası Qətnamə qəbul etmişdi. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunurdu. Lakin ermənilər heç bir Qətnaməyə əhəmiyyət verməyərək işğalçı əməllərini davam etdirirdilər. İşğal etdikləri bütün ərazilərdə vandallıqla məşğul olaraq mülki evləri, obyektləri, muzeyləri, yeraltı, yerüstü sərvətləri talan edir, meşələri kəsib doğrayır, məscidlərimizi, milli-mədəni obyektlərimizi uçurur, hətta qəbristanlıqları dağıdaraq qəbir daşlarını belə satırdılar. Kəlbəcərin ərazisində olan Alban kilsələrinin isə erməni kilsəsi olduğunu iddia edirdilər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "Qafqaz Albaniyasına aid olan tarixi abidələr, kilsələr bizim tarixi-mədəni sərvətimizdir. Biz bu kilsələri mədəni sərvətimiz kimi qoruyuruq.” 

İşğal olunmuş ərazilərdə ekologiyaya ziyan vurulması və mülki obyektlərin dağıdılması beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılır.

44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı ilə Azərbaycanın Şanlı Ordusu  ermənilərin özləri və orduları haqqında yaratdıqları mifi darmadağın etdi. Bir gün belə dayanmadan irəliləyərək hər gün yeni əraziləri erməni vandallarından təmizlədi. Haqqı-ədaləti öz gücü ilə bərpa etdi. Bu günü Azərbaycan xalqı neçə illər idi ki, səbirsizliklə gözləyirdi.

Azərbaycan Vətən müharibəsinin 44 günü ərzində 4 rayonu, Şuşa və Dağlıq Qarabağdakı digər torpaqlarımızın mühüm hissəsini hərbi yolla işğaldan azad etmişdisə, noyabrın 20-də Ağdamı, sonra isə Kəlbəcəri siyasi yolla nəzarət altına keçirdi.

Kəlbəcərin qaytarılması Azərbaycanın möhtəşəm tarixi Qələbəsinin daha bir təsdiqi idi. Bu gün Kəlbəcərdə yüksək səviyyədə genişmiqyaslı quruculuq-abadlıq işləri görülür.

Kəlbəcərlilər sevinclə doğma yurd-yuvalarına üz tuturlar.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən Şəhər Günləri təsis edilib. Sərəncama əsasən 25 noyabr Kəlbəcər Şəhəri Günü kimi qeyd edilir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev:  "Müharibə bir daha göstərdi kim kimdir. Ermənistan məğlub edilmiş ölkədir. Azərbaycan zəfər çalmış ölkədir. Kəlbəcər bizimdir! Qarabağ Azərbaycandır!.”

Könül Hüseynova

Abşeron rayonu, Məmmədli kənd tam orta məktəbin direktoru

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 25 Noyabr 2024 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see293

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see274

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see165

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see164

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see153

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see145

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see143

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see141

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see140

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see137

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see136

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see135

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see131

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see131

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see128

“Qarabağ” “Turan Tovuz”a güzəştə getdi

18 Yanvar 2026 10:37see128

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri