Icma.az
close
up
RU
Kələm turşusu sağlamlığa faydalı imiş

Kələm turşusu sağlamlığa faydalı imiş

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Kələm turşusu sağlamlığa faydaları olan fermentləşdirilmiş məhsuldur. 

“Qafqazinfo” “Verywell Health” nəşrinə istinadən xəbər verir ki, diqqətlə seçilmiş kələm sortları turşu hazırlamaq üçün istifadə edilən digər məhsullarla qarışdırılır və fermentasiya prosesi üçün saxlanılır.

Kələm turşusu tərkibindəki vitaminlər, minerallar və antioksidant xüsusiyyətlərə görə bir çox xəstəliyə faydalı qidadır. Eləcə də kalium mənbəyidir.

Tədqiqatlar göstərir ki, kələm turşusu kimi fermentləşdirilmiş qidalar əhval-ruhiyyəni, yaddaşı və depressiya və narahatlıq kimi psixi xəstəliklərin simptomlarını yaxşılaşdırmağa kömək edir.

Ağ kələm turşusu  tərkibindəki probiotik maddələrin sıxlığına görə həzm problemlərinə qarşı xüsusilə təsirlidir. Bədəni xarici faktorlardan qoruyaraq immunitet sistemini tənzimləyir və gücləndirir.

Kələm turşusu xərçəngin qarşısını alan təsirə malikdir. Həmçinin zehni gücləndirir və beyin funksiyalarının inkişafına kömək edir.

Ürək ilə əlaqəli xəstəliklərin yaranmasının qarşısını alır, bədənin şəkər balansını tənzimləyir.

Tədqiqatlara görə, ağ kələm turşusu qaraciyərdə yağ yığılmasının qarşısını alır. Eləcə də  E vitamini ilə çox zəngindir. Bu xüsusiyyətinə görə diş və dəri sağlamlığına müsbət töhfələr verir.

Tərkibində flavonoid maddəsi olan kələm turşusu qanda xolesterini balanslaşdırır. Tərkibindəki çoxlu minerallar və C vitamini sayəsində soyuqdəymə üçün faydalıdır.

Lakin tərkibində çox miqdarda turşu olduğuna görə həssas dərili insanların istehlak etməsi tövsiyə edilmir.

Bəs qırmızı kələm turşusunun faydaları nələrdir?

Qırmızı kələm turşusu tərkibindəki K vitamini sayəsində beyin funksiyalarına faydalıdır.

Kalorisi az olduğu üçün pəhriz saxlayan insanların vazkeçilməz qidalarından biridir.

Tərkibindəki antioksidant nisbəti olduqca yüksəkdir. Ürək-damar xəstəliklərindən qoruyur və damar divarlarının sərtləşməsinin qarşısını alır.

Araşdırmalara görə, xüsusilə qış dövründə artan yuxarı tənəffüs yolları xəstəliklərinə qarşı qoruyucudur.

O da qeyd olunur ki, qırmızı kələm turşusu baş ağrısına yaxşı təsir edir.

Xüsusilə qırmızı kələm tərkibindəki C vitamini, antioksidanlar və probiyotiklər sayəsində hamiləlik dövründə ana və körpənin sağlamlığında qoruyucu rol oynayır. Hamiləlik dövründə ana tərəfindən istehlak edildikdə ana və körpə üçün bir çox faydalar təmin edir.

Kələm turşuları ümumiyyətlə sağlamlığa müsbət təsir göstərir. Ancaq həddindən artıq istehlak edildikdə, tərkibindəki natrium səbəbiylə qan təzyiqinin artmasına səbəb ola bilər. Bundan başqa, artıq istehlak edildikdə böyrək problemləri yarana bilər.

Kələmin faydaları haqda isə buradan oxuya bilərsiniz.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:349
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 09 Yanvar 2025 05:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see324

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see324

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see320

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see316

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see299

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see283

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see279

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see274

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see273

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see270

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see268

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see261

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see258

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see258

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see246

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see242

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see241

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see225

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri