Icma.az
close
up
RU
Kənan Kərimov: Həmin epizodda penalti verilməməli idi MÜSAHİBƏ

Kənan Kərimov: Həmin epizodda penalti verilməməli idi MÜSAHİBƏ

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

"Karvan'ın baş məşqçisi Kənan Kərimovun Sport24.az-a müsahibəsi

- Azərbaycan I Liqasının XV turunda "Cəbrayıl"la matçda qələbə qazana bilmədiniz. Xal itkisinin səbəblərini nədə görürsünüz?

- Komandamın oyunundan razı qalmadım. Qarşılaşmaya da istədiyimiz kimi başlamadıq. Ümumən götürəndə I Liqadakı rəqiblərin hər biri çətindir. "Qəbələ" istisna olmaqla, bütün komandalar 3 xalı çətinliklə əldə edirlər. Heyətimizdə itkilər mövcuddur. Zədəli və xəstə olan oyunçularımız var. Bununla belə, "Cəbrayıl"la matçda futbolçularımdan tamam başqa oyun gözləyirdim. Rəqib komanda da layiqli mübarizə apardı. Hesabda 1:0 öndə olsaq da, 90+5-ci dəqiqədə qapımıza gözlənilmədən penalti təyin olundu. Düşünürəm ki, həmin penalti verilməyə də bilərdi.

- Həmin epizodun təkrarını görmək mümkün deyil. Sizin olduğunuz mövqedən penalti epizodu necə görünürdü, ayağa müdaxilə var idi?

- Futbolçumuz hiss edirdi ki, rəqib oyunçu özünü yerə atmaq istəyir. Belə olan halda, dərhal ayaq saxlayır. Lakin rəqib futbolçu ayağını ilişdirir və özünü yerə atır. Məncə, həmin epizodda penalti verilməməli idi.

- Hazırda "Karvan" 30 xalla turnir cədvəlinin ikinci sırasında qərarlaşıb. Cari mövsüm hədəfləriniz nədən ibarətdir?

- Qarşıda bizi 13 tur gözləyir. Hələ mövsümün əvvəlində ilk "üçlüy"ə düşmək uğrunda mübarizə aparacağımızı demişdim. Hazırda ikinci sırada yer almışıq. Ən pis halda mövqeyimizi qorumağa çalışacağıq.

- Premyer Liqada komanda sayının artılıması xəbərinə reaksiyanız necə oldu?

- Bu, çox sevindirici və müsbət qərardır. I Liqadan Premyer Liqaya birdən-birə 3 komandanın yollanması müsbət haldır. Düşünürəm ki, bu amil Azərbaycan futbolunun inkişafına xidmət edəcək. Hazırda biz I Liqanın oyunlarını düşünürük.

- I Liqadan Premyer Liqaya 3 komandanın yüksəldilməsi necə?

- Əlbəttə, ədalətli idi. Artıq bu barədə bir neçə mütəxəssis də öz fikirlərini bildirib. Çünki ardıcıl iki il Premyer Liqada sonuncu yerləri tutan "Şamaxı" və "Qəbələ" I Liqaya "yuvarlandı". Ona görə indi də axırıncı pillədə qərarlaşan komanda aşağı divizona düşməli idi. Hamı əziyyət çəkir. Ona görə düşünürəm ki, qərar ədalətli idi.

- Bildiyiniz kimi, yeni mövsümdən Premyer Liqada legioner limitinin ləğvi qərarı da qüvvəyə mindi. Bu qərar az büdcəli komandalara nə kimi mənfi təsir göstərəcək?

- Biz Premyer Liqaya vəsiqə qazanmamışıq. Əgər nə vaxtsa elitaya çıxsaq, bu sualı o zaman ünvanlayarsınız.

- Ümumiyyətlə, legioner limitinin ləğv olunması qərarını necə qarşılayırsınız?

- Orda bəzi qaydalar mövcuddur. Çox sayda legioner futbolçu transfer etmək istəyən klublar müəyyən qədər ödəniş etməlidirlər. İnanmıram ki, klubların heyətində azərbaycanlı futbolçular yer almasın. Bu mümkünsüz bir şeydir. Təbii ki, bunu zaman göstərəcək. Məncə, güclü futbolçular lazım gəldikdə yenə meydana çıxacaqlar.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:254
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 22 Fevral 2025 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri